Hökumət: "Manatın Dollara qarşı dəyərdən düşməsi risk olaraq qalır"
"Manatın dollara qarşı dəyərdən düşmə ehtimalı əsas riskdir.Neft qiymətlərinin pisləşməsi fonunda bu risk daha da kəskin xarakter alıb"“Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”.
Marja xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur. Lakin halhazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır. Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur.
NEFT FONDU TÜKƏNƏ BİLƏR
Layihədə qeyd edilib ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasında neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisinin 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payının 54,6 faiz, və ölkənin ixracında payının 87,2 faiz olduğunu nəzərə alaraq neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır. Bu baxımdan dövlət büdcəsinin tərtibi zamanı dövlət büdcəsinə edilən transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir.
“Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi neftin qiymətindən və valyuta məzənnəsindən asılı deyildir. Bununla belə, neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Neftin qiymətlərində müşahidə olunan mənfi dinamikanın dövlət büdcəsinə birbaşa təsiri isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dövlət büdcəsinə ödədiyi vergilərdəki azalmaların hesabına baş verir. 2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər. Xam neftin hasilatının azalması (o cümlədən, OPEC+ ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər”.
Müştərilərin xəbərləri
"Bank of Baku" "Mastercard"ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihələrindən birinə tərəfdaş oldu
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
“Sizin Lombard”dan illik 7% endirim - “36 dərəcə Qızıl Yay” kampaniyası ®
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Üçtərəfli birgə müəssisə yaradılır - Şərtlər Toplusu imzalanıb
-
17 saat əvvəl
“Euromoney” PAŞA Bankı “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçib
-
17 saat əvvəl
Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması müzakirə edildi
-
17 saat əvvəl
“Ziraat Bank Azərbaycan” 30 milyon manatlıq istiqraz buraxır
-
17 saat əvvəl
Netflix-in gəlirləri bu ilin ikinci rübündə 13,4% artaraq 12,6 milyard dollara yüksəlib
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Dünyanın ən dəyərli şirkəti bir ildən sonra dəyişdi
Energetik içkilərlə bağlı dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, tədbirlərin görülməsi təklif olunub
“Euromoney” PAŞA Bankı “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçib
Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması müzakirə edildi
Ən çox oxunanlar
“Ziraat Bank Azərbaycan” 30 milyon manatlıq istiqraz buraxır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
“Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur”
BOKT “International” 18%-lə 1 milyon manat cəlb etdi
"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb


















