Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avstraliya Mərkəzi Bankı faizini aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avstraliya Mərkəzi Bankı faizini aşağı saldı

Karantin dövründən sonra iqtisadiyyatı toparlanmağa başlayan Avstraliyada Mərkəzi Bankı faizini aşağı salıb, yeni istiqraz alışı proqramını başladıb.

MArja xəbər verir ki, Avstraliya Mərkəzi Bankı iqtisadçıların proqnozlarına paralel olaraq pul siyasəti faizini 15 faiz bəndi aşağı salaraq 0,25%-dən 0,10% səviyyəsinə endirib.

Faiz endirimi ilə bərabər bank 100 milyard Avstraliya dolları (70,4 milyard dollar) məbləğində istiqraz alışı proqramı başlatdığını açıqlayıb. Bank qarşıdakı 6 ay ərzində 5-10 illik istiqrazların alışını reallaşdıracaq.

Avstraliya Mərkəzi Bankının sədri Philip Lowe, qərara bağlı açıqlamasında, bankın, faiz endirimi və yeni istiqraz alış proqramı ilə maliyyə xərclərinin azaldılmasını, daha aşağı məzənnə səviyyəsini və qiymətli kağız qiymətlərinin dəstəklənməsini hədəflədiyini vurğulayıb.

03.11.2020 12:11
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ