Azərbaycanın da səhmdar olduğu bank İzmirdə metro inşasına vəsait ayırıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Türkiyənin İzmir şəhərində metro xəttinin inşasına 50 milyon avro vəsait ayırıb.
Bankın Pekindəki mənzil-qərargahının yaydığı məlumatda bildirilir ki, vəsait İzmir metrosunun genişləndirilməsinin 4-cü mərhələsi çərçivəsində 7,2 kilometr uzunluğunda Fəxrəddin Altay-Narlıdərə xəttinin inşasına sərf olunacaq. Şəhərin mərkəzi ilə qərb hissəsini birləşdirəcək bu xətt üzərində 7 stansiya yerləşəcək. AİİB krediti dövlət zəmanəti olmadan verib. Bu, bankın birbaşa şəhər hökuməti ilə imzaladığı ilk kredit razılaşmasıdır.
İzmir əhali sayına və ümumi daxili məhsulun həcminə görə Türkiyənin üçüncü ən böyük şəhəridir. Şəhər hökuməti artan tələbatı nəzərə alaraq metro nəqliyyatının genişləndirilməsini həyata keçirir. Bu məqsədlə daha əvvəl Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Qara Dəniz Ticarət və İnkişaf Bankından da kredit cəlb olunub. Fəxrəddin Altay-Narlıdərə xəttinin 2022-ci ilin 4-cü rübündə istifadəyə verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 92 layihəyə təxminən 20 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
18 saat sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya bazarında şəkər qiymətləri 17 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb
-
9 saat əvvəl
Mərkəzi Bankda mühüm istefa – Baş direktor vəzifəsindən ayrıldı
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 gün əvvəl
7% endirim davam edir - “Sizin Lombard” kampaniya müddətini uzatdı ®
-
1 gün əvvəl
İran dünyaya çağırış etdi: ABŞ-nin yeni sanksiyalarına qoşulmayın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Avqustun 30-da gözlənilən hava şəraiti
Putin Bişkekdə Ərdoğanla görüşəcək
Mərkəzi Bankda mühüm istefa – Baş direktor vəzifəsindən ayrıldı
“İpək Yolu Sığorta”nın ünvanı dəyişdi
Ən çox oxunanlar
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
7% endirim davam edir - “Sizin Lombard” kampaniya müddətini uzatdı ®
İran dünyaya çağırış etdi: ABŞ-nin yeni sanksiyalarına qoşulmayın
Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən ®
Dövlət Agentliyinin sədrinə müavin təyin edilib
Kredit təşkilatı Bakıda yeni filiallar açacaq - Müdirdən mütəxəssisədək işçilər tələb olunur



















