Mərkəzi Bank tərəfindən yeni məsafədən kurslar hazırlanaraq istifadəyə verilib
Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.
Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az/) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank əməkdaşları tərəfindən “Kapital bazarlarının əsasları” və “Avtoicbari sığorta” mövzularında iki məsafədən kurs hazırlanaraq istifadəyə verilmişdir.
Eyni zamanda beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində aktual mövzularda yeni məsafədən kurslar da hazırlanmışdır. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Agent bankçılıq: mahiyyəti, riskləri və həyata keçirmə üsulları” və “Əhalinin rəqəmsal maliyyə savadlılığı” mövzularında, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda yeni kurslar əhalinin istifadəsinə verilmişdir.
Qeyd edək ki, Mərkəzi Bankın Virtual Təhsil Platforması (VTP) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır. VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər.
Mərkəzi Bank tərəfindən təqdim olunan məsafədə kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilər üçün xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yekun qiymətləndirmə imtahanı da hal-hazırda video formatda həyata keçirilir və bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. Video formatda keçiriləcək yekun imtahanda məqbul bal toplamış dinləyicilər həmçinin müvafiq sertifikatla təmin olunur. Mərkəzi Bankın Virtual Təhsil Platforması ilə bağlı müraciətlər edu@cbar.az elektron ünvanına göndərilə bilər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
20 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
20 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
21 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
21 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
21 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

























