“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!
(®️) “Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir. Müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib.
“Koronavirusla mübarizə dövründə iş başında vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyə bu qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
“Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola biləcək müxtəlif layihələr həyata keçirmişik. “Günün Qəhrəmanları” müsabiqəsi də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
Xatırladaq ki, müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilərlər. Şərtləri bir daha nəzərinizə çatdırırıq:
1.Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
2.Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
3.Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
4.Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
5.Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər “MS Word” faylında media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
6.Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
19 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
20 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
20 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
20 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
21 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















