“Beşbarmaq dağı” ilə bağlı planlar açıqlandı
“Beşbarmaq dağı”nda iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək“Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir".
Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin həyata keçirdiyi sahə tədqiqatları və müşahidələrindən ortaya çıxan nəticələr göstərir ki, ərazi dini-mənəvi destinasiya olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir:
""Beşbarmaq dağı" təbiət abidəsinin ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc, ilk dəmir dövrünə aid yaşayış yeri, Azərbaycan xalqı tərəfindən müqəddəs bilinən Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid Karvansaray qalıqları, müdafiə səddi) mövcuddur. Azərbaycanın əsas turizm koridorlarından biri hesab edilən şimal xətti üzrə Bakı və ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşən Beşbarmaq ərazisi turizm axınının əsas ziyarət mərkəzlərindən biridir.
Turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq Beşbarmaq ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranıb. Bu infrastrukturun yaradılması “Beşbarmaq dağı” və ətraf ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələri haqqında ictimai maarifləndirmənin artmasına və təbii irs kimi onların təbliğinə, qorunmasına şərait yaradacaq".
Mətbuat katibi deyib ki, yaradılan yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı, yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradacaq:
"Qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində qanunla müəyyən edilmiş qaydada mövcud resurslardan, xüsusi ilə turizm imkanlarından istifadə edərək gəlir əldə etmək potensialı yaradacaq. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək.
Burada Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilər və safari turlarının təklif edilməsi nəzərdə tutulur.
Beşbarmaq ərazisi köçəri quşların müşahidəsi adlı turizm fəaliyyəti üçün dünyada çox nadir hallarda rast gəlinən ərazilərdən biridir. Belə ki, hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba doğru köç edir. Ona görə də Beşbarmaq ərazisində dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdiriməsi zəruridir. Beşbarmaq dağı və ətrafı ziyarətçilər tərəfindən müqəddəs hesab edilən bir məkandır və yüz minlərlə şəxs bu ərazini ziyarət edir, qurban kəsir və nəzir verir. Bu mənada Türkiyə, İran, Yaxın Şərq və digər müsəlman ölkələrindən Azərbaycana gələn ziyarətçilər üçün ölkədəki dini turizm potensialının inkişaf etdirilməsi həyata keçiriləcək. Eyni zamanda qayaya dırmanma, atçılıq, hipoterapiya və s. turizm məhsullarının inkişaf etdirilməsi gözlənilir.
K. Quluzadə qeyd edib ki, əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək. İlk öncə dövlət büdcəsindən ayrılan investisiyalar nəticəsində onlar yenidən qurulacaq və istifadəyə veriləcək: "Turizmin inkişafı üçün şərait yaradılandan sonra həmin obyektdə turizm məhsulları yaradılacaq, o əsas turizm marşurutlarına salınacaq və turizm sənayesi nümayəndələri ora cəlb ediləcək. Turizmin inkişafı nəticəsində gəlirlər artacaq və bu gəlirlər dolayısı ilə təbii irsimizin qorunmasına sərf ediləcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin 08 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Sərəncama əsasən qoruğun idarə edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
26 d. əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
39 d. əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
-
1 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 3 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir






















