970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir.

Reklam_3_11

Artıq ənənəvi təşəbbüsə çevrilən layihə çərçivəsində altı həftə ərzində iştirakçılar biznesin idarə olunması, maliyyə savadlılığı, marketinq, strateji planlaşdırma, satış və biznesin inkişafı üzrə praktiki təlimlərdə iştirak edəcəklər. Proqram sahibkarlara əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmək üçün faydalı alətlər və yeni yanaşmalar qazandırmağı hədəfləyir.

İştirakçılar eyni zamanda digər qadın sahibkarlarla təcrübə mübadiləsi aparmaq, yeni peşəkar əlaqələr qurmaq və bizneslərinin inkişafı üçün yeni imkanlar əldə etmək şansı qazanacaqlar.

Access2Success-də iştirak etmək istəyən qadın sahibkarlar 25 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.  Qeydiyyat üçün link

Access2Success layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək layihədə 200 qadın sahibkar iştirak edib. Beşinci buraxılışın keçirilməsi AccessBank-ın qadın sahibkarlığının dəstəklənməsi istiqamətində uzunmüddətli təşəbbüslərinin davamıdır.

AccessBank qadın sahibkarları öz bizneslərini inkişaf etdirmək, yeni biliklər qazanmaq və yeni imkanlar əldə etmək üçün Access2Success-ə qoşulmağa dəvət edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank EBRD Avropa Yenidənqurma və İnkişaf Bankı Access2Success qadın sahibkarlar qadın sahibkarlığı biznes təlimləri maliyyə savadlılığı marketinq strateji planlaşdırma satış biznesin inkişafı sahibkarlıq KOB kiçik və orta biznes qeydiyyat biznes proqramı qadınların biznesdə dəstəklənməsi AccessBank layihələri mikromaliyyələşdirmə
08.10.2026 14:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19