Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Azər Türk Bank dünyanın ən böyük bankları ilə danışıqlar aparıb. Bank ABŞ-də JPMorgan və Citi ilə görüşüb – SOCAR da danışıqlarda iştirak edib
AzVak-mobil_resmin_ustu_31
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş “SIBOS 2026” sərgi-konfransında iştirak edib. “Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə” builki tədbirin əsas mövzusu olub.

Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional maliyyə institutu və şirkətin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə əsas diqqət müxbir əlaqələrin genişləndirilməsi, mövcud tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və qorunub saxlanılması, eləcə də qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və beynəlxalq hesablaşmaların inkişafına yönəldilib.

SIBOS 2026 çərçivəsində SOCAR-ın səlahiyyətli nümayəndələri Azər Türk Bankın beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə bir sıra görüşlərində birbaşa iştirak etmiş, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə imkanları barədə birgə müzakirələr aparılmışdır.

1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün müxtəlif istiqamətlərdə müzakirələrin aparılması və qarşılıqlı əməkdaşlıqların qurulması baxımından əsas biznes forumuna çevrilib.

Azər Türk Bankın SIBOS 2026-da iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bu istiqamətdə əməkdaşlığın inkişafı Bankın beynəlxalq maliyyə mühitində mövqeyinin daha da möhkəmləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına xidmət edir.

Azər Türk Bank ASC ATB Azər Türk Bank JPMorgan Azər Türk Bank Citi SOCAR SOCAR Azər Türk Bank SIBOS 2026 SWIFT JPMorgan Citibank Bank of New York Mellon BNY Mizuho Bank Standard Chartered beynəlxalq banklar müxbir bank əlaqələri beynəlxalq hesablaşmalar dayanıqlı maliyyələşdirmə rəqəmsal maliyyə Azərbaycan bank sektoru banklararası əməkdaşlıq Mayami bank konfransı
08.10.2026 17:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19