Neftdə tarixi razılaşma
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsal edən ölkələr hasilatın azaldılmasına dair son qərarı veriblər.
Marja xəbər veri ki, tətbiq ediləcək azaltma tarixdə ən böyük hasilat azaldılması kimi qeydə alınıb.
OPEC+ adı ilə tanınan, 23 üzvü olduğu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və OPEC-ə üzv olmayan neft istehsal edən ölkələrin dünən telekonfrans yolu ilə 10-uncu Fövqəladə Nazirlər Yığıncağı keçirildi.
Yığıncağın ardından OPEC-in katibi Məhəmməd Barkindo etdiyi açıqlamada cümə günü qəbul edilən neft istehsalının azaldılması qərarının tətbiq olunacağını bildirib.
Belə ki, OPEC+ olaraq bilinən qrup, gündəlik xam neft istehsalı miqdarını 1 Maydan 30 İyuna qədər təxminən 10 milyon barel azaldacaq.
Hasilatın azaldılması miqdarı 1 İyul-31 dekabr tarixlərində 6 ay ərzində gündəlik 8 milyon barel, 1 Yanvar 2021 - 30 Aprel 2022-ci il arasındakı 16 ay ərzində isə gündəlik 6 milyon barel olaraq tətbiq olunacaq.
Razılaşma daxilində Səudiyyə Ərəbistanı gündəlik xam neft istehsalını 12 milyon bareldən 8,5 milyon barelə salaraq 3,5 milyon barel azaldacaq. Rusiya isə gündəlik xam neft istehsalını 10,3 milyon bareldən 8,5 milyon barelə salaraq 1,8 milyon barelə azaldacaq.
Razılaşma daxilində Meksikadan tələb edilən gündəlik 400 min barellik azaltma, ölkənin milli neft şirkəti Pemex-in iqtisadi problemləri ilə əlaqədar olaraq 100 min barelə endirilib.
Meksikanın payına düşən qalan gündəlik 300 min barellik azaltmanı ABŞ təmin edəcək.
ABŞ Prezidenti Donald Tramp Twitter hesabından etdiyi açıqlamada, "OPEC+ ilə böyük neft razılaşması tamamdır. Bu, ABŞ-da minlərlə məşğulluğu xilas edəcək. Rusiya və Səudiyyə Ərəbistanını təbrik edirəm" ifadələrini istifadə edib.
OPEC+ qrupunun gündəlik 10 milyon barellik xam neft azaltması miqdarının, qrupa üzv olmayan G20 ölkələrinin iştirakı ilə gündəlik 20 milyon barelə çatdırılması hədəflənir.
AZƏRBAYCANA DÜŞƏN MİQDAR
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
2020-ci ilin iyul-dekabr aylarında isə Azərbaycan gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.
Azərbaycan 2021-ci ildən 2022-ci ilin aprelinədək 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.
Xatırladaq ki, əvvəlki sazişdə Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilmişdi. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalı idi.
NEFT BAHALAŞIR
Razılaşma ilə əlaqədar olaraq neft yeni həftəyə bahalaşma ilə başlayıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 4,2% bahalaşma ilə 32,80 dollardan, ABŞ xam nefti isə 4,6% bahalaşma ilə 23.86 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
4 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır























