"Manatın məzənnəsini neftin 40-45 dollar qiymətində də qoruya bilərik"
Koronovirus ilə əlaqədar neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda makroiqtisadi təsirləri necə ola bilər?
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, Azərbaycanın fiskal dayanıqlılığını təmin etmək üçün kifayət qədər valyuta ehtiyatları var.
Vüsal Qasımlı, “Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir” deyərək sözlərinə belə davam edib:
“ Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.
Dövlət büdcəsində isə neftin hər bareli 55 ABŞ dolları hesablanıb. Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin “qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti “ütüləyir”.
Vüsal Qasımlı əlavə edib ki, bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib: “Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları olmaqla ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 2 gün sonra
-
- 36 d. əvvəl
-
52 d. əvvəl
“AmCham Azərbaycan” yeni İşçi qrupu yaradıb, sədr təyin edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 20 faiz artıb– Kredit portfeli 405 milyon manatı keçib
-
8 saat əvvəl
Kredit portfeli 37 milyon manat artıb - Bank VTB-nin maliyyə vəziyyəti açıqlandı – Əsas göstəricilər
-
8 saat əvvəl
“Xalq Bank” 2026-cı ilin ilk yarısını xalis mənfəətlə başa vurub - HESABAT
-
9 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın mənfəəti artıb - Aktivləri 1,6 milyard manata yaxınlaşıb
-
9 saat əvvəl
AFB Bankın maliyyə vəziyyəti açıqlandı – Əsas rəqəmlər nə göstərir?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
18 bank xalis mənfəət açıqladı - SİYAHI
"Bank Avrasiya"nın xalis mənfəəti kəskin azalıb
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 20 faiz artıb– Kredit portfeli 405 milyon manatı keçib
Kredit portfeli 37 milyon manat artıb - Bank VTB-nin maliyyə vəziyyəti açıqlandı – Əsas göstəricilər
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın mənfəəti artıb - Aktivləri 1,6 milyard manata yaxınlaşıb
AFB Bankın maliyyə vəziyyəti açıqlandı – Əsas rəqəmlər nə göstərir?
PAŞA Bankdan növbəti ilk: SİMA Pay üz tanıma ödəniş həlli POS-terminallarda təqdim olundu
"Rabitəbank"ın gəlirləri artıb, 6 aya 5,6 milyon manat qazanıb - Kredit portfeli 1 milyard manata yaxınlaşıb
Qum-çınqıl yataqları investorlara təklif olunur
Bakıda 39 saylı marşrut xəttində avtobuslar yenilənir




















