Dövriyyədə olan nağd pul azaldıldı

"Marja" Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin Dekabr ayının sonu ilə müqayisədə 2020-ci ilin yanvar ayında pul bazası 609 milyon 100 min manat azalaraq 11 milyard 543 milyon 400 min manata düşüb.
Xatırladaq ki, 2019-cu ilin Noyabr ayının sonu ilə müqayisədə Dekabr ayında pul bazası 1 milyard 478 milyon manat artaraq ilin sonunda 12 milyard 152 milyon 500 min manata çatmışdı.
2019-cu ilin 12 ayı ərzində pul bazası 2 milyard 606.8 milyon manat artımışdı.
Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manat)
Tarix Dəyər
31.01.2020 11543.4
30.12.2019 12152.5
29/11/2019 10674.5
31/10/2019 10298.8
30/09/2019 10217.3
30/08/2019 10157.6
31/07/2019 10574.3
28/06/2019 10376.9
31/05/2019 10172.4
30/04/2019 9495.1
29/03/2019 8946.3
28/02/2019 9014.1
31/01/2019 8709.2
29/12/2018 9545.7
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır
-
12 saat əvvəl
İlham Əliyev: ABŞ-ın “EXIM Bank”ı ilə maliyyə məsələləri müzakirə olunur
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"
-
12 saat əvvəl
Tramp: Siz böyük lidersiniz. Əliyev: Böyük lider mənim yanımda əyləşib
Son Xəbərlər

SALOĞLU-nun Fabrik qiymətinə kampaniyasında son 5 gün

Azərbaycan neftinin son qiyməti

Sabahın hava proqnozu açıqlanıb

İlham Əliyevin ABŞ-a səfərinin 8 mühüm nəticəsi - SİYAHI

Tramp və Putin avqustun 15-i Alyaskada görüşəcək

"Bu, pul gətirir, iş yerləri yaradır, siyasi təsir yaradır"
Ən çox oxunanlar

"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"

Birgə Bəyannamənin TAM MƏTNİ

Prezidenti İlham Əliyev: Bu gün biz sülh sazişinə start veririk

Zəngəzur dəhlizi “Tramp Rifah və Sülh Marşrutu” adlandırılacaq
