Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Neft-qaz və tikinti sektorlarında geriləmə - 9 ayda 102 milyard manatlıq ÜDM istehsalı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft-qaz və tikinti sektorlarında geriləmə - 9 ayda 102 milyard manatlıq ÜDM istehsalı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi "2026-cı ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı" başlıqlı məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48,2 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

Reklam_3_11

ÜDM istehsalının 34,3 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 10,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, digər xidmət sahələrində 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,1 faiz, sənayedə 0,2 faiz artıb, tikintidə isə 8,7 faiz azalıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

13.10.2026 10:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19