"Rayonumuzda emal gücü 12 ton olan süd emalı zavodu tikilir"
"Quba rayonunda gündəlik emal gücü 12 ton olan süd emalı zavodunun tikintisi davam etdirilir".
"Marja" xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən bildirib.
Ziyəddin Əliyev məlumat verib ki, Qubada ümumilikdə 18,2 min hektar bağ sahəsi var, onun da 13,5 min hektarını alma bağları təşkil edir. Ötən il rayonumuzda 1340 hektar intensiv tipli meyvə bağları salınıb. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi qəsəbəsində 15 hektar ərazidə məsafədən idarə edilən “Ağıllı bağ” layihəsi icra olunub.Bu Elmi-Təcrübə Bazası nəinki rayonumuzda, həm də regionda yeni növ meyvə bağlarının salınmasına şərait yaradıb.
Bağçılıq və heyvandarlıq sahələrinin inkişafı rayonda “ABAD Factory”, “Qubaekoaqrar” və “Ekodray” kimi emal müəssisələrinin açılmasına səbəb olub. Hazırda rayonda “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə qablaşdırma məhsullarının istehsalı müəssisəsi və gündəlik emal gücü 12 ton olan süd emalı zavodunun tikintisi davam etdirilir.
Rayonumuzun təbii iqlim şəraitinin imkan verməsinə baxmayaraq, fındıqçılıq kimi gəlirli sahə uzun müddət diqqətdən kənarda qalmışdı. Sizin fındıqçılığın inkişafına verdiyiniz dəstəyin nəticəsi olaraq son illərdə rayonda ümumilikdə 2060 hektarda yeni fındıq bağları salınıb ki, bu da 1500-ə yaxın sakinin məşğulluğu deməkdir.
Quba Azərbaycanın ən zəngin turizm potensialına malik olan rayonlarındandır. Hazırda rayonda 51 mehmanxana fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi isə davam etdirilir. Ötən il Quba Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlaması, keçirilən ənənəvi festivallar rayona yerli və əcnəbi turistlərin marağını daha da artırıb. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb. Ümumilikdə isə turistlərin sayı 2,8 dəfə artaraq 66 min 870 nəfər olub. Sizin sərəncamlarınıza uyğun olaraq həyata keçirilən yol infrastrukturları başa çatdıqdan sonra rayona gələn turistlərin sayı daha da artacaqdır. İndi rayonun Xınalıq, Qonaqkənd, Buduq, Qırız və Yerfi kimi ucqar kəndlərində dünyanın hər yerindən turistlərə rast gəlmək mümkündür. Bütün bunlar Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı nəticəsində mümkün olub.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
5 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
6 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
6 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
6 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
7 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















