"2 trilyon dolların 200 milyardı əridi"
Səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra bazar dəyəri 2 trilyon dolları keçən Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin dəyəri azalmağa başlayıb.
“Saudi Aramco” bazar dəyərinin üçdəikisini itirib. Buna səbəb Yaxın Şərqdə gərginliyin artmasıdır. Belə ki, şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azalıb.
Qeyd edək ki, “Saudi Aramco” IPO-dan 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 2 trilyon dollara yüksəltmişdi. Beləliklə də “Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti (“ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ilə müqayisədə ən böyük bazar dəyərinə çatmışdı. Həmçinin şirkət öz dəyərinə görə “Microsoft Corp.” və “Apple Inc.” şirkətlərini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib. IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.
Beləliklə də “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub.
“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
18 d. əvvəl
"Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları" dəyişib
-
- 20 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Embafinans”da qanun pozuntusu aşkarlanıb – 24 min manat cərimə
-
1 saat əvvəl
Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sənədsiz ev sahiblərinə xəbərdarlıq edildi: Bu tikililərə çıxarış (kupça) verilməyəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
BOKT-un vəzifəli şəxsi 2 min manat cərimələnib
Azərbaycanda bankdan yeni addım: Öz radiosunu yaratdı
BYD-nin ixracı kəskin artıb
Rəsmi məzənnələr açıqlandı
Sənədsiz ev sahiblərinə xəbərdarlıq edildi: Bu tikililərə çıxarış (kupça) verilməyəcək
Prezident Qırğızıstana gedəcək
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Avqustun 30-da gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
Putin Bişkekdə Ərdoğanla görüşəcək
Mərkəzi Bankda mühüm istefa – Baş direktor vəzifəsindən ayrıldı






















