ABŞ-da aktiv neft qazma qurğularının sayı artıb
ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının (qüllələrinin) sayı ötən həftə 4 ədəd artıb
"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 7-13 dekabr həftəsində bir əvvəlki həftə ilə müqayisədə 4 ədəd artaraq 667-yə yüksəldib. Daha çox quyunun qazılması yaxın gələcəkdə neft hasilatının daha da artmasına səbəb ola bilər.
Cümə günü Brent neftin barel qiyməti 65,40 dollardan, Qərb Tekxas (WTI) xam neftin barel qiyməti də 59,82 dollardan bağlanıb. Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 65 dollardan alıcı tapıb.
Ötən həftə ABŞ və Çin arasında birinci mərhələ ticarət razılaşması olduğu barədə xəbərlər neftin qiymətinin yüksəlməsinə səbəb olmuşdu.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Qazma qurğularınım sayının azalması qazılan neft quyularının sayının artması deməkdir.
Müştərilərin xəbərləri
Prime Cotton Şirvanda dəmir yolu infrastrukturunu yenilədi – ixrac və logistika imkanları genişləndirildi
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 d. əvvəl
"Prime Leasing" Zaqatala filialını festival ab-havasında istifadəyə verdi
-
-
50 d. əvvəl
FT: Mask Ukraynanın Rusiyaya qarşı "Starlink”dən istifadəsinə icazə verməyə hazırdır
-
1 saat əvvəl
CHERY Azərbaycanda yeni satış mərkəzini açdı – iki yeni model təqdim olundu
-
1 saat əvvəl
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əliyev-Paşinyan görüşündə hansı mövzular müzakirə edilib və razılığa gəliblər?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avqust ayında 146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
-
3 saat əvvəl
Xalq Bankdan daşınmaz əmlak girovu ilə kredit üzrə sərfəli kampaniya ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır ®
Prime Cotton Şirvanda dəmir yolu infrastrukturunu yenilədi – ixrac və logistika imkanları genişləndirildi
Əliyevin Paşinyan ilə görüşü keçirilib
Sentyabrın 1-də gözlənilən hava şəraiti
Sentyabr ayına olan hava proqnozu
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir














.png)













