“Günay Sığorta”nın əməkdaşları BMU-nun tələbələrilə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti və Təcrübə şöbəsinin təşkilatçılığı ilə “Günay Sığorta” ASC-nin əməkdaşlarıyla görüş keçirilib.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbələri üçün təşkil edilən görüşün əsas məqsədi tələbələrə gələcək karyeralarını qurmaqda məsləhətlər vermək olub.
Görüşdə sığorta sahəsinin Azərbaycanda yeni və inkişafda olan aktiv sahə olduğu vurğulanıb, həmçinin sığorta şirkətində olan vakansiyalar haqqında məlumat verilib. Sığorta şirkətinə kadr seçimində və müsahibə mərhələsində ali təhsil və dil biliyi ilə yanaşı, təcrübəyə də üstünlük verildiyi diqqətə çatdırılıb. Şirkətdə məsul aktuari sahəsinə tələbatın daha çox olduğu bildirilib. Aktuari sahəsində riyazi biliklərin mühüm əhəmiyyət kəsb edildiyi, daxili audit xidmətində analizetmə və düzgün araşdırma aparmaq qabiliyyətinin vacibliyi qeyd olunub.
Şirkətin əməkdaşları (İnsan resursları və katiblik şöbəsinin müdiri Kəmalə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səidə Fətullazadə) sığorta fəaliyyətində peşəkar kadrların yetişdirilməsində və təcrübə qazanmasında maraqlı olduqlarını bildiriblər. Onlar tələbələrin bu prosesdə iştirak etməsi və təcrübə qazanması üçün şirkətin elan etdiyi “Tələbə Təcrübə Proqramı” haqqında ətraflı məlumat veriblər. Belə ki, sığorta şirkətində karyerasını qurmaq istəyən və bu sahədə biliklər əldə etmək istəyən tələbələr noyabrın ayının 30-na kimi office@gunaysigorta.az elektron poçtuna öz CV-lərini göndərə bilərlər. Mövzu (subject) hissəsində isə tələbələr universitetin və təcrübə keçmək istədikləri şöbənin adını qeyd etməlidirlər. Təcrübə proqramının sonunda uğur qazanmış şəxslərə şirkət tərəfindən iş təklif olunacaq.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
16 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
16 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
17 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
17 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
17 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi




















