“Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə təyinatlar olub
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasına (MŞ) sədr təyin edilib.
Bu, Aqil Qurbanovdur.
O, indiyə qədər “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb. Bundan başqa, adı çəkilən holdinqin əməkdaşı Fuad Nəcəfli və holdinqə daxil olan “PAŞA Bank” ASC-nin əməkdaşı Şirin Əliyeva isə MŞ-nın üzvləri təyin olunublar.
STP-də digər vəzifə təyinatları də olub. Belə ki, Rauf Atakişiyev şirkətin baş maliyyə inzibatçısı, Seymur Hacıyev isə baş satınalmalar inzibatçısı təyin edilib.
Bundan başqa, Azər Sadıqov STP-nin Audit Komitəsinin sədri, Rəqsanə Əfəndiyeva isə Daxili audit departamentinin rəhbəri vəzifələrinə gətirilib.
Yaxın vaxtlarda şirkətin “PAŞA Holdinq”in idarəetməsinə keçəcəyi və holdinqə çevriləcəyi bildirilir.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.
© "Report"
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
23 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























