“Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir
® Fəaliyyət dövrü ərzində ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC, bu dəfə 2020-ci il üçün Tələbə Təqaüdü Proqramını elan edir. 2009-cu ildən başlayaraq, artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində, 180-dən çox gənc Azercell şirkətinin təqaüdçüsu adına layiq görülüb.
“Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən Azercell-ın Tələbə Təqaüdü Proqamında son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəklər. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət əldə edəcəklər. Qeyd edək ki, Azercell Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının ( transkript) skan versiyaları ilə birlikdə telebe@azercell.com e-mail ünvanına göndərilməlidir.
Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!
Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2020/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
14 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
15 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
15 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
15 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
15 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
























