Bu gün Lirənin dəyərini dəyişə biləcək kritik qərar açıqlanacaq
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarının açıqlayacaq.
“Marja” xəbər verir ki, Türkiyə Mərkəzi Bankının, inflyasiyanın aşağı düşməsi, qlobal mərkəzi bankların pul siyasətlərini yumşaltmaları və Türk Lirəsinin məzənnəsinin nisbətən sabitləşməsinə görə, ən azı 200 - 250 bənd faiz endirimi edəcəyi gözlənilir.
Murat Çetinkaya Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən azad edildikdən sonra İyul ayında yeni sədr Murat Uysalın rəhbərliyi ilə keçirilmiş ilk iclasda faiz 24%-dən 19.75%-ə endirilmişdir.
İnflyasiyada davam edən azalma Mərkəzi Bankının faiz endirimi üçün əsas yaratsa da ekspertlər bankın təmkinli faiz endirimi etməsi lazım olduğunu vurğulayırlar. İnflyasiya Avqust ayında da düşməkdə davam etmiş və illik müqayisədə 15.01% ilə bir ildən artıq müddətin ən aşağı səviyyəsinə enmişdir.
"Bloomberg"in sorğusuna görə, bu gün Türkiyə Mərkəzi Bankı 275 bənd faiz endirimi edəcək. Bazar proqnozları daha çox 200-250 bənd civarındadır.
Türkiyə Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq. Faizin 19,75%-dən 17,25%-ə endiriləcəyi gözlənilir.
ƏRDOĞANDAN FAİZ MESAJI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faizlərin daha çox düşəcəyini deyib. Ərdoğan məsələyə dair, "Cümə axşamı günü Mərkəzi Bankın İdarə Heyəti toplanır. İnanıram ki, faiz daha da düşəcək. Faiz düşdükcə inflyasiya da aşağı düşəcəkdir, bunu görəcəksiniz" deyib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Sonuncu iclasda Mərkəzi Bankın 425 bənd faiz endiriminə baxmayaraq Türk Lirəsi güclü qalmış, faiz endiriminə ilk reaksiya olaraq 5.70-dən 5.76-ya yüksələn Dollar/Türk Lirəsi məzənnəsi daha sonra 5.65 səviyyələrinə geriləmişdi.
Bakı vaxtı ilə saat 07:30-da Dollar/Türk Lirəsi məzənnəsi 5.76 səviyyələrində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
22 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
5 d. əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb ediləcək
- 19 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar
Unibank bankomat şəbəkəsini yeniləyir
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
İkinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib
























