OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair kvotalar artırıla bilər
OPEC+ Nazirlər Monitorinq Komitəsi sabahkı iclasında neftin gündəlik hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon bareldən daha çox azaltmaq məsələsini müzakirə edə bilər.
Bu barədə jurnalistələrə İraqın neft naziri Thamer Ghadhban bildirib.
O, iclasda OPEC komitəsinin məruzəsinin dinləniləcəyini deyib: “İyun ayında görüşümüz zamanı qəbul etdiyimiz kvotların təsirini dəyərləndirmək üçün altı ay müddətinin kifayət olmadığını, daha iki aylıq vaxtın lazım gəldiyini başa düşdük. Odur ki, sabah mövcud kvotlarla davam etmək, yoxsa daha dərin kvotlar elan etməklə bağlı qiymət verə biləcəyik. Ötən ilin noyabr ayındakı müzakirələrə nəzər salsaq, gündəlik hasilatı 1,6 milyon, yaxud 1,8 milyon barel azaltmaqla bağlı iki alternativimiz vardı, lakin bəzi üzvlər üçün bunlar qəbuledilməz sayıldığı üçün gündəlik 1,2 milyon bareldə razılaşdıq”.
Nazir indi də ekspertlərin təqdim edəcəkləri rəy və tövsiyələrin mühüm olduğunu söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qazaxıstan, Rusiya və Venesuelanın təmsil olunduğu Nazirlər Monitorinq Komitəsinin Əbu-Dabi şəhərində keçiriləcək iclasında hasilatın azaldılmasına dair razılaşmanın həyata keçirilməsi ilə bağlı mövcud nəticələr və 2020-ci ilə dair proqnozlar müzakirə olunacaq.
2020-ci ilin mart ayının sonunadək qüvvədə olan hasilatın azaldılmasına dair OPEC+ razılaşması neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Razılaşmaya görə, OPEC+ formatının iştirakçı ölkələri gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel (o cümlədən Səudiyyə Ərəbistanı 322 min, Rusiya 228 min barel) azaltmaq öhdəliyi götürüb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
22 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
5 d. əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb ediləcək
- 19 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar
Unibank bankomat şəbəkəsini yeniləyir
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
İkinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib























