ABŞ neftin qiyməti proqnozlarını aşağı saldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 3 dollar aşağı salıb.
"Marja" xəbər verir ki, EIA-nın "Sentyabr 2019" hesabatına görə, gələn il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 62 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin də 56,5 dollar olacağı proqnozlaşdırılır.
EIA-nın avqust ayı hesabatında, gələn il Brent neftin barrel qiymətinin 65 dollar, WTI neftinin də 59,5 dollar olacağı təxmin edilmişdi.
Beləliklə, hər iki xam neftin gələn ilə dair qiymət gözləntisi 3 dollar aşağı salınıb. Bu aşağı istiqamətli qiymət dəyişikliyi qlobal iqtisadi göstəricilərin zəifləməsi ilə əlqədardır.
ABŞ ilə Çin arasında davam edən ticarət gərginliyinə işarə edilən hesabata görə, hər iki ölkənin bir-birinə qarşı tətbiq etdiyi gömrük tarifləri səbəbindən neft qiymətlərində gündəlik sərt azalmalar görülüb.
HASİLAT PROQNOZU DA AŞAĞI SALINIB
ABŞ-ın bu il və gələn ilə dair xam neft istehsalı proqnozlarını da aşağı salınıb.
Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,2 milyon barrel, gələn il isə 13,2 milyon barrelə düşəcəyi proqnozlaşdırılır. EIA-nın avqust ayı hesabatında, ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2019-da 12,3 milyon barrel, 2020-də isə 13,3 milyon barrel olacağı təxmin edilmişdi.
Ölkədə xam neft istehsalı iyul ayında gündəlik orta hesabla 11,7 milyon barrel səviyyəsində baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
22 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
18 d. əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb etmək istəyir
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar
Unibank bankomat şəbəkəsini yeniləyir
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
İkinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib

























