13 min polisin qoruyacağı G7 Sammiti başlayır
Bu gün Fransanın cənub-qərbindəki Biarritz şəhərində 45-ci G7 Sammiti başlayacaq.
"Marja" xəbər verir ki, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderlərinin bir araya gələcəyi sammitin əsas mövzusu "bərabərsizliklə mübarizə" kimi müəyyənləşdirilib.
Sammitdə təhlükəsizlik, iqlim dəyişikliyi, qadına şiddət və gender bərabərliyi kimi məsələlər də müzakirə olunacaq.
Liderlərin Ukrayna, Suriya, İran və Brexit kimi məsələləri də müzakirə edəcəyi gözlənilir.
Sammit, bu gün axşam Fransa Prezidenti Emmanuel Macron-un liderlər şərəfinə verəcəyi şam yeməyilə başlayacaq.
Liderlər, sammitin ikinci günündə "Beynəlxalq İqtisadi/ticarət və beynəlxalq təhlükəsizlik mövzusunda təqvim yaratmaq" və "Bərabərsizliklə mübarizə" və "G7-nin Afrika ilə tərəfdaşlığı" üzrə sessiyalara qatılacaqlar.
Sammitin üçüncü günündə isə "İqlim, müxtəlif canlılar və okeanlar" və "Rəqəmsal dəyişiklik" adlı sessiyalar keçiriləcək.
Liderlərin sammitdə ikitərəfli görüşləri də gözlənilir.
Sammitə, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Dünya Ticarət Təşkilatı (DTT) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmiləri ilə yanaşı, Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliyadan liderlər də dəvət edilib.
Sammit bazar ertəsi günü liderlərin keçirəcəyi mətbuat konfransları ilə başa çatacaq.
Güclü təhlükəsizlik tədbirləri
Digər tərəfdən, sammitdə güclü təhlükəsizlik tədbirləri də görülüb. Xüsusilə terror hücumu ehtimalına qarşı sammit ərzində 13 min 200 polis və jandarma ilə yanaşı 450 nəfər yanğınsöndürən işləyəcək.
Liderlərin qalacağı və şəhərin mərkəzində yerləşən "Hotel du Palais"ə gedən yollar avtomobillərə və piyadalara bağlanılacaq. Otelin önündəki çimərliyə dəniz yolu da daxil olmağın qarşısı alınacaq.
Şəhər mərkəzində isə yalnız icazə alan sürücü və piyadalar hərəkət edə biləcək.
Sammit zamanı şəhərdəki qatar vağzalı və aeroport bağlı olacaq. Biarritzdə dronlar daxil heç bir vasitənin uçuşuna icazə verilməyəcək.
Digər tərəfdən, G7 əleyhinə qruplar da şəhər ətrafında bir çox mitinq keçirməyə hazırlaşır.
Biarritzə təxminən 30 kilometr məsafədə yerləşən Hendaydə bu gün keçiriləcək aksiyada təxminən 20 min nəfərin iştirakı gözlənilir. İspaniyanın Fransa sərhədindəki İrun şəhərində də aksiya keçiriləcək.
Hökumət, mitinqlərə icazə verəcəyini ancaq aksiyalarda şiddət hadisələri çıxması halında müdaxilə ediləcəyini, məsul şəxslərin də dərhal həbs ediləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
18 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 31 d. əvvəl
-
42 d. əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
49 d. əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
-
58 d. əvvəl
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv qəbul olunub
-
1 saat əvvəl
SOCAR Çin nəhəngi ilə birgə neft və qaz layihələri həyata keçirəcək - ANLAŞMA
-
2 saat əvvəl
SOCAR ABŞ-ın qaz bazarında böyük addım atır – 1,65 milyard dollarlıq razılaşma
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib
-
3 saat əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Ən çox oxunanlar
BOKT 13%-lə bazardan 3 milyon manat borc aldı
“Kəpəz BOKT” 15%-lə 1 milyon manat borc cəlb etdi
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
























