ExpressMaarifləndirmə layihəsinin “gənc bankirlər”i məzun oldu
® Gənc nəslin inkişafı üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdıran, ölkənin aparıcı banklarından olan Expressbank, Expressmaarifləndirmə layihəsi çərçivəsində iyul ayında məktəblilər üçün təlimlər təşkil etmişdir.
Yay məktəbi çərçivəsində ADA universitetinin dəstəyi ilə reallaşdırılan 3 günlük təlimlər şəhərin müxtəlif məktəblərindən seçilən 44 nəfər gənc iştirakçını bir araya gətirdi.
ADA-Avropa İttifaqının birgə təşəbbüsü ilə artıq 4-cü ildir ki, 11-15 yaş arası məktəblilər üçün təşkil edilən “Yay düşərgəsi” bu il “Sahibkarlıq və bankçılıq” mövzusunda təlimləri Expressbank-la birlikdə “Gənc bankir” şüarı altında təşkil edib. Təlimlər müddətində gənc iştirakçılar bankın peşəkar mütəxəssisləri ilə birlikdə öyrənməklə yanaşı əyləncəli saatlar keçirərək həm də faydalı məlumatlar əldə ediblər.
İştirakçılar təlimlərdə hər günün mövzusuna uyğun təqdimatlar və öyrədici videoçarxlar izləyib, mövzuların mənimsənilməsi məqsədilə Expressbank-ın filiallarında olublar. Onlar burada peşəkar bank işçiləri ilə görüşmüş, bank xidmətləri və məhsullar barədə suallarını ünvanlayaraq yeni biliklərə sahib olublar.
İştirakçılar həmçinin Bank kartları və bankomat, Keyfiyyətə nəzarət və müştəri məmnuniyyəti, Kiber təhlükəsizlik, Gənc Bankir, Emosional zəka, Rəqəmsal bankçılıq, Hüquq, İctimaiyyətlə əlaqələrin rolu, Bank məhsulları və bir çox mövzu üzrə informativ sessiyalarda aktiv iştirak etdilər. Görüşlərin sonuncu günü gənc iştirakçılar Expressbank-ın Müşahidə Şurasının üzvü Vaqif Davudov ilə görüşüblər. Vaqif Davudov 25 ildən artıq bank sahəsində topladığı zəngin təcrübə və biliklərini iştirakçılarla bölüşdü. Həmçinin gənclərə gələcəkdə həyatlarında faydalı ola biləcək məsləhətlər verərək onların öyrənmək həvəsi ilə ünvanladıqları sualları da cavablandırdı.
Üç günlük təlim və seminarların sonunda iştirakçılar “Gənc bankir” sertifikatı ilə təltif edilərək Express İnkişaf Mərkəzinin ən gənc məzunlarına çevrildilər.
Qeyd edək ki, Expressbank-ın nəzdində fəaliyyət göstərən “Express maarifləndirmə” layihəsinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Cari ilin ilk altı ayında layihə çərçivəsində 300 tələbə məzun olaraq müxtəlif bank biliklərinə yiyələniblər. Təlimlər hər ay müxtəlif mövzuda təşkil edilir. İştirak etmək istəyənlər elanları Expressbank-ın Express Karyera facebook səhifəsindən izləyə və cv-lərini etm@expressbank.az elektron ünvana göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
15 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 17 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
1 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 3 saat əvvəl
-
4 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
4 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
































