Dünyanın ən bahalı və ucuz şəhərləri müəyyən olunub - BAKININ YERİ
"Mercer" məsləhət şirkəti, hər il həyata keçirdiyi "Yaşayış Xərci Araşdırması"nın nəticələrini açıqlayıb.
"Marja" xəbər verir ki, xaricdəki çalışanlara ödənəcək maaşlar məsələsində hökumətlər və transmilli şirkətlərə yardım edən "Mercer Yaşayış Xərci Araşdırması" 5 qitədə 209 şəhərdə aparılıb.
ƏN BAHALI ŞƏHƏR HONQ KONQDUR
Hər şəhərdə mənzil, nəqliyyat, ərzaq, geyim, ev əşyası və əyləncə daxil olmaqla 200-dən artıq məhsul və xidmətin qiymətləri nəzərə alınıb. Araşdırmaya görə, dünyada ən bahalı şəhər Honq Konq, ən ucuz şəhər (yaşayış xərcinin ən aşağı olduğu şəhər) isə Tunisdir (siyahıda sonuncu - 209-cu yeri tutub).
Honq Konq sonra Tokio, Sinqapur, Seul və Sürix ən bahalı şəhərlərdir.
Tunisdən sonra Daşkənd və Karaçi isə ən ucuz şəhərlərdir.
Ən bahalı 10 şəhərdən 8-i Asiya şəhəridir və xaricdə işləyənlər üçün dünyanın ən bahalı şəhərləridirlər.
Azərbaycanın paytaxtı Bakı siyahıda 178-ci yerdədir. Bakı dünyada ən ucuz 31-ci şəhərdir.
Qonşu Gürcüstanın paytaxtı Tbilisi dünyanın ən ucuz 10 şəhərindən biridir.
Siyahıda 9-uncu yeri tutan Nyu York Amerikanın ən bahalı şəhəridir.
Kanadanın ən bahalı şəhəri Vankouverdir.
Cənubi Amerikada isə Uruqvayın Montevideo şəhəri ən bahalı şəhərdir. Manaqua isə Cənubi Amerikanın ən ucuz şəhəridir.
Yaşayış Xərci Araşdırmasının 2019 nəticələrinə görə, təkcə bir Avropa şəhəri ən bahalı şəhərlər arasında ilk 10-da yer alıb. 5-inci yeri tutan Sürix Avropadakı ən bahalı şəhərdir. Növbəti bahalı şəhərlər Bern, Cenevrə, Moskva, Praqa və Varşavadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
7 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
8 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 11 saat əvvəl
-
11 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
11 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı































