"Türkiyənin bu faiz siyasətindən diqqətlə dönüş etməsi lazımdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 23 İyunda keçiriləcək İstanbul bələdiyyə seçkiləri, S400-lər və iqtisadiyyat daxil müxtəlif məsələlər üzrə açıqlamalar verib.
"Marja" xəbər verir ki, Ərdoğan yüksək faiz siyasətinə qarşı olduqlarını, Türkiyənin bu faiz siyasətindən diqqətlə dönüş etməsi lazım olduğunu bildirib.
Ərdoğan, "S-400 məsələsi bizim üçün və Rusiya üçün bitmişdir, qarşıdakı ay təhvil başlayacaq, sanksiyalara ehtimal vermirəm" deyib.
Ərdoğanın açıqlamalarında önə çıxanlar:
- Heç şərtləri sərtləşdirmədən imkan verin dalğalı məzənnə rejimi davam etsin,
- Faiz məsələsində Trampla düşüncələrimiz üst-üstə düşür, o da aşağı faiz deyir,
- Maliyyə intizamını gücləndirdik və işlər nəticəsini verib,
- Trampdan "belə bir sanksiyaları (ABŞ sanksiyaları) məqsədəuyğun hesab edirsən?" soruşacam,
- Trampla əlaqələrimiz yaxşı səviyyədədir, hər məsələni rahat müzakirə edirik,
-Bu faiz siyasətindən Türkiyənin diqqətli bir şəkildə bir dönüş etməsi lazımdır.
"Mərkəzi Bankın müstəqilliyi var. Amma mən yüksək faiz siyasətinə qarşıyam. Qarşı olmağımın da ən mühüm səbəbi budur: Mənə görə yüksək inflyasiyanın ən mühüm səbəbi yüksək faizdir. Əgər faiz aşağı salınmasa inflyasiya da qətiyyən aşağı düşməyəcəkdir. İnflyasiya ilə faiz düz mütənasibdir. Faizi aşağı salsanız inflyasiya da düşər. Yüksəltsəniz inflyasiya da yüksəlir",- Ərdoğan deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
6 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
9 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 12 saat əvvəl
-
12 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
12 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı































