“Azərpoçt” ilk günün nəticələrini açıqladı
“Azərpoçt” 12 mindən çox vətəndaşa 500 manatadək kompensasiyaların nağd ödənişini həyata keçirib
"Azərpoçt" MMC ilk icra günündə 12 min 67 nəfərə 500 manata qədər olan kompensasiyaların nağd ödənişini həyata keçirib.
MMC-dən bildirilib ki, bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri ilk icra günündə “Azərpoçt”dan 3 milyon 393 min 809 manat vəsaiti nağd formada alıb.
May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.
Qeyd edək ki, problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt" MMC-nin respublika üzrə bütün şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala bilirlər. "Azərpoçt"un icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunub. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcək. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.
Bağlanan banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları, eyni zamanda, "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsində "Problemli kreditinizə düşən kompensasiya haqqında məlumat" bölməsindən də ala bilərlər. Bu layihədə BOKT-ların, eləcə də ləğv prosesində olan bankların müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyaların verilməsi "Azərpoçt" MMC-nin pulköçürmələri xidməti vasitəsilə ödənilir. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetirilir.
Eyni zamanda, PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunur. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutur. Vətəndaş "Azərpoçt" MMC-nin rəsmi saytı vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki "Azərpoçt"un bankomatlarında və POS-terminallarla təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda, "Millikart" MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə bilirlər. "Millikart" MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB ("Azərbaycan Sənaye Bankı"), "AccessBank", "Bank Melli İran", "Bank of Baku", "ExpressBank", "Gunay Bank", "NaxçıvanBank", "Unibank"a məxsusdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə bilər. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt"un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt" MMC sadəcə icraçı tərəf kimi çıxış edir. "Azərpoçt" tərəfindən problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçirilir. Bütün ödənişlərin mayın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 saat sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 2 d. sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bir ton qarğıdalının orta idxal dəyəri 378 dollardan 470 dollara yüksəlib
-
12 saat əvvəl
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və “Limak Group” investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir
-
14 saat əvvəl
Bitki və heyvan mənşəli yağların idxalı 136 milyon dollara yaxınlaşıb
-
15 saat əvvəl
PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Azərbaycan daha az buğda idxal edib, amma daha çox pul xərcləyib
Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kərə yağı idxalında geriləmə – Orta dəyər də aşağı düşüb
Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Azərbaycanda idxal 3,2 milyard dollar azalıb – maşın və avadanlıqların alınmasına 2 milyard dollar xərclənib


















