Rəsmi işləyənlərin 40,5%-i qadınlardır
"Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu nazir Səlim Müslümov 8 Mart –Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
S.Müslümov vurğulayıb ki, ölkədə məşğulluq imkanlarının artımı qadınlar arasında məşğulluq səviyyəsinin artması ilə müşahidə edilir: "2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4% artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb. Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4%-i qadınlarla bağlanan əmək müqavilələridir".
Nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur: "Belə ki, 40-44 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 53,4%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,6%-i, ali təhsilli şəxslərin 48,4%-i, orta ixtisas təhsilli şəxslərin 61,2%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Ölkəmizdə qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmət sahələrində çalışırlar. Yəni təhsil, səhiyyə və sosial xidmət sahələrində əmək müqaviləsi bağlananların 76%-78%-i qadınların payına düşür".
S.Müslümov bildirib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə 2016-cı ildə məşğulluğu təmin edilənlərin 21,4%-ni (12 138 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 43,3%-ni (1 604 nəfər) qadınlar təşkil edib: "Nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramında qadınların da iştirakına şərait yaradılır. Proqramda iştirak etmək üçün müraciət edən və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərdən təqribən 20%-i qadınlardır. Azərbaycanın yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsində də qadınların əmək bazarına çıxış imkanlarının artırılması əsas hədəflər sırasındadır".
Nazir ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemində qadınların fəal iştirakının müşahidə edildiyini vurğulayıb: “Cari ilin 1 mart tarixinə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 431 min 299 nəfərə çatıb ki, onlardan 1 milyon 389 min 689 nəfəri və ya 40,5%-i qadınlardır. Eyni zamanda, ölkə üzrə əmək pensiyaçılarının 57,8%-ni, sosial müavinət və təqaüd alanların 41,5%-ni qadınlar təşkil edir. Ölkəmizin pensiya və sosial müavinətlərlə bağlı qanunvericiliyində çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər əksini tapıb. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət verilir”.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























