Muzdlu işçilərin sayı məşğul əhalinin sayından 3 dəfə azdır
2019-cu il martın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 130 min nəfər olmuş, onlardan 4 milyon 876 min nəfərini məşğul əhali təşkil etmişdir.
“Marja” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Diqqəti cəlb edən muzdla işləyənlərin sayının məşğul əhalinin sayından 3 dəfə az olmasıdır. Bu fakt, ölkədə əmək müqaviləsiz işçilərin sayının yüksək olduğuna işarədir.
Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 523,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 862,8 min nəfər, qeyri-dövlət sektorunda isə 661 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 489,5 min nəfər çalışmışdır.
Rəsmi statistikaya görə, ölkədəki 4 milyon 876 min məşğul əhalinin 1 milyon 523,8 min nəfəri əmək müqaviləsi ilə (muzdla), 3 milyon 352,2 min nəfəri isə müstəqil işləyir.
2019-cu il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 24,7 min nəfər olmuş, onların 36,2 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 219,2 manat olmuşdur.
Rəsmi statistikaya görə, ölkədə işsizlərin sayı 254 min nəfərdir (İqtisadi fəal əhali çıxılsın məşğul əhali).
İqtisadi fəal əhali (işçi qüvvəsi) - bütün işləyənlərin (məşğul) və işsizlərin məcmusudur. İqtisadi fəal əhali məşğulluq növlərinə görə aşağıdakı kimidir: iqtisadiyyatda məşğul olanlar, din xadimləri, hərbi qulluqçular, işsizlər. Həm muzdla (işin daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik olub-olmamasından asılı olmayaraq), həm də müstəqil iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar bura aid edilirlər. Belə olan tərzdə, dövlət müəssisə və təşkilatlarında, xüsusi və qarışıq mülkiyyətdə olan müəssisələrdə, kəndli təsərrüfatlarında işləyənlər, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, öz şəxsi təsərrüfatlarında çalışanlar və ayrı-ayrı şəxslərə xidmət edənlər məşğulların sayında nəzərə alınır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi (kontrakt, saziş) bağlamış bütün işçilərdir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























