Gürcüstan Prezidenti İlham Əliyevi Batumi konfransına dəvət etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi Batumi konfransına dəvət edib.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də biz birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm. Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir", - deyə dövlət başçısı qeyd edib.
S.Zurabişvili bildirib ki, nəqliyyat dəhlizi çox vacibdir: "Həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır. Siz Azərbaycan tərəfindən hansı işlərin görüldüyü barədə məlumat verdiniz. Siz Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etdiniz. Bu dənizdə nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var. Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir".
Müştərilərin xəbərləri

Azərbaycanlı inşaatçıların adları bir gün qlobal səhnədə səslənəcək – Məzunlar Assosiasiyası bu yolda onları dəstəkləyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 d. əvvəl
BOKT illik 15 faiz gəlir təklif edir - 1 MİLYON MANATLIQ İSTİQRAZ BURAXILIŞI
-
25 d. əvvəl
Qlobal bazarlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq məlumatları gözləyir
-
-
26 d. əvvəl
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 % azalıb
- 28 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital beynəlxalq maliyyə tədbirində iştirak etdi – FİNTEX SAMMİT 2025
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət büdcəsinin icrası üzrə yeni rəqəmlər açıqlandı - 2,7 MİLYARD MANAT ARTIQLIQ YARANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Azərbaycanda şirkətərin sayı 8 faizə yaxın artıb

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar cüzi artıb

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

Azərbaycan neftinin son qiyməti

“Reuters”: ABŞ Çinə etan ixracını bərpa etməyə hazırdır
Ən çox oxunanlar

Artıq 3 milyard dollar xərclənib, növbəti 5 ildə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur

Rəsmi məzənnələr açıqlandı

DENZA Azərbaycanda: VOLT GROUP-dan avtomobil dünyasına yeni nəfəs

"Biz özbək dostlarımıza pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq"

Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze”də olublar
