İtaliya iqtisadiyyatı 2018-ci ilin sonunda durğunluğa girib
Bir ildir davam edən siyasi qarışıqlıq, yüksələn faizlər və maliyyə gərginliyi İtaliya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb. "Marja" xəbər verir ki, İtaliya iqtisadiyyatı 2018-ci ilin son rübündə 0.2 faiz azalaraq durğunluğa girib.
"İstat"ın yaydığı məlumata görə, İtaliyanın ümumi daxili məhsulu 2018-ci ilin son rübündə 0.2 faiz azalıb. 3-cü rübdə iqtisadiyyat 0.1% geriləmişdi.
"İstat"ın açıqlamasında, azalmanın sənaye və kənd təsərrüfatın sektorlarındakı pisləşməni əks etdirdiyini və xidmət fəaliyyətinin də zəiflədiyini qeyd edib.
İnvestorlar, Avropa Birliyi (AB) ilə həftələrlə davam edən və istiqraz faizlərində yüksəlişə səbəb olan büdcə müzakirələrindən sonra İtaliya iqtisadiyyatının vəziyyətini təmkinli bir şəkildə izləyirlər.
"Oxford Economics"in iqtisadçısı Nicola Nobile etdiyi açıqlamada, "İtaliya iqtisadiyyatı üçün risklər açıq şəkildə aşağı istiqamətli qalmağa davam edir və durğunluq 2019-cu ilin ilk yarısını da əhatə edə bilər. Bu vəziyyət, Avro Bölgəsinin iqtisadi artımına mənfi təsir edə bilər", deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
- 22 d. əvvəl
-
-
44 d. əvvəl
Azərbaycanın qastronom şəbəkəsi nizamnamə kapitalını 50 milyon manata çatdıracaq
-
1 saat əvvəl
Yeni Pajero təqdim edildi — Əfsanəvi SUV 20 ildən sonra tamamilə yeni nəsillə geri qayıdır
-
1 saat əvvəl
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Tramp: Hücumların çox uzun çəkəcəyini düşünmürəm
Uber 3 300 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
Tramp Hörmüz boğazı üçün yeni ad təklif etdi: “Tramp boğazı”
Expressbankda 2 yeni təyinat!
İspaniyanın nəhəng bankı ilə Azərbaycandakı investisiya layihələrinin maliyyələşdirilməsi müzakirə edildi
ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!























