"85 dollar istehlakçı üçün, 55 dollar da istehsalçı üçün yaxşı deyil" - 2019-da neftdə qeyri-sabitlik davam edəcək?
Həddindən artıq təklif və tələbə dair narahatlıqlar, neftdə bu il də qeyri-sabit (volatil -qiymətlərdəki dəyişmənin yüksək aralıqlarda reallaşması) bir il ola biləcəyini göstərir
"Marja" xəbər verir ki, ötən ilin Oktyabr ayında 4 ilin ən yüksək səviyyəsinə qalxıb sonra 30 dollardan çox düşən xam neft qiymətləri, 2018-ci ildə volatil bir yol keçdi.
Beynəlxalq Enerji Agentliyinin (UEA) Neft Sənayesi Departamentinin rəhbəri Neil Atkinson 2019-da böyük naməlumluqlarqeyri-müəyyənliklər olduğunu və bəzi trendlerin "daha təhlükəli" ola biləcəyini bildirib.
"CoconoPhillips"iin icraçı direktoru Ryan Lance sektor üçün xüsusilə geosiyasi risklərin ciddi risk yaratdığını deyib. "Pacific Investment Management Co"nun idarəçisi Greg Sharenow isə OPEC-in siyasətində şok bir dəyişiklik gözlənmədiyini, bunun da volatilliyi azalda biləcəyini qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mütəxəssislərin fikirləri belədir;
"CONOCOPHILLIPS"İN İCRAÇI DİREKTORU RYAN LANCE
"Şimal Amerikada şist qazı istehsalının sürətli artıması və azalmasının təsirilə neft bazarlarında volatilliyin davam etməsini gözləyirik. Şist qazının uzun illər sektorda liderlik edəcəyinə inanırıq.
Geosiyasi qeyri-müəyyənliklər, qlobal iqtisadi inkişafda yavaşlama və enerji tələbində azalmanı yaxın müddətdə ən ciddi risklər olaraq görürük."
"PIMCO"NUN İDARƏÇİSİ GREG SHARENOW
"OPEC-in siyasətində şok bir dəyişiklik olmasa bu, volatilliyi azalda bilər. Ancaq ən yaxşı hesablanan planlar belə bu səbəblərə görə tərsinə dönə bilər;
- ABŞ-da istehsalın proqnozları aşmağa davam edib-etməyəcəyi,
- Qlobal iqtisadiyyatdakı yavaşlamanın daha da pisləşib-pisləşməyəcəyi və siyasətçilərin bunu dəyişdirib - dəyişdirməyəcəyi,
- ABŞ-ın İrandan xam neft alıcılarına əlavə təzyiq edib etməyəcəyi..."
UEA-NIN DEPARTAMENT RƏHBƏRİ NEIL ATKINSON
"Yeni ildə trendleri proqnozlaşdırmaq normaldan daha çətin görünür. Tələb və təklif tərəfində uzun bir qeyri-müəyyənlik siyahısı mövcuddur.
Əgər OPEC və OPEC-ə üzvü olmayan 10 istehsalçının neft hasilatını azaltmaq razılaşması müvəffəqiyyətli olsa neft bazarında yenidən sabitləşmə olacaq.
ABŞ-ın İrana sanksiyalarının davamının olub-olmayacağını görəcəyik. Venesuelada istehsalda daha çox azalma olacaqmı? Liviya istehsalı davam etdirə biləcəkmi? Bunlar böyük qeyri-müəyyənliklərdir, UAE olaraq 2018-dəki kimi volatillik olmayacağına ümid edirik.
Oktyabr ayının əvvəlində olduğu kimi neftin barel qiymətinin 85 dollardan yüksək olması istehlakçı üçün yaxşı deyil. Ancaq istehsalçı üçün də 55 dollar səviyyəsi yaxşı deyil".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)






.jpg)





