"Mərkəzi Bank üzən məzənnəyə keçidi yenidən ertələyəcək"

Mərkəzi Bank 2019-cu il üçün nə bəyan etdi?
Mərkəzi Bank həmişə olduğu kimi ilin sonunda növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, bəyanatdan belə nəticəyə gəlmək olar ki, Mərkəzi Bank 2018-ci ildəki siyasətini davam etdirəcək və pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək. 2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4% ±2%) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq.
“Bəyanatda hökumət üçün də mesaj var: “...effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən və əlaqələndirilməsindən asılı olacaqdır.” Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır.
Mərkəzi Bank isə öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsi ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda “manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır.
Bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir.
Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib. Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur.
Pul-kredit siyasətini sərtləşdirilə bilər. İnflyasiyanı aşağı səviyyədə saxlamaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək və mövcud uçot dərəcəsi bir müddət sabit saxlanılacaq. Hətta dünya bazarlarında neftin qiymət səviyyəsindən asılı olaraq onun yenidən artırılması da mümkündür.
Mərkəzi Bank makroiqtisadi sabitliyi təmin edən aşağı inflyasiya, sabit məzənnə kimi hədəflərə çata biləcəkmi? Azərbaycan iqtisadiyyatını xarici şoklardan qoruya biləcəkmi? Bütün bu sualların cavabını neftin qiymətində axtarmaq lazımdır. Neftin qiyməti nə qədər ki, 50 dollardan yüksəkdir hökumət və Mərkəzi Bank prosesə nəzarət edə biləcək və qərarı öz siyasətinə uyğun verə biləcək. “Qara qızıl” 40 dollara yaxınlaşsa və proses uzunmüddətli olsa sabit məzənnəni və aşağı inflyasiyanı qorumaq mümkünsüz olacaq".
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 d. əvvəl
Azərbaycan daha bir neçə beynəlxalq şirkəti elektron qaydada qeydiyyata aldı - ƏDV ÖDƏNİLMƏYƏCƏK
-
36 d. əvvəl
"Valyuta hərraclarında 3 milyard 718,1 milyon dollar satmışıq"
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
49 d. əvvəl
Azərbaycanın iri fondu aktivlərinin 66,5 milyard dollara çatdığını açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Həyat Sığortası: Maliyyə Təhlükəsizliyi və Risklərin İdarəedilməsi Aləti
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çexiyanın “Agrofert” və “Skoda Group” şirkətilərini işbirliyinə dəvət etdi
-
2 saat əvvəl
Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bankların 3-4 faiz xərcləri çıxacaq. Kredit faizləri də 3-4 faiz düşə bilər”
Son Xəbərlər

Azərbaycan daha bir neçə beynəlxalq şirkəti elektron qaydada qeydiyyata aldı - ƏDV ÖDƏNİLMƏYƏCƏK

"Valyuta hərraclarında 3 milyard 718,1 milyon dollar satmışıq"

Bakıda keçirilən CulTech Hakatonu uğurla başa çatıb

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edilib, 33 rəhbər şəxs vəzifədən azad olunub

Azərbaycan Çexiyanın “Agrofert” və “Skoda Group” şirkətilərini işbirliyinə dəvət etdi

Qlobal bazarlarda son vəziyyət

CFI yeni Qlobal Brend Səfiri kimi Mariya Şarapovanı salamlayır!

Azərbaycan Mərkəzi Bankı neftin qiymətinin düşəcəyini gözləyir

Tramp Çinə gedəcəyini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın sürətlənəcəyini gözləyir

Mərkəzi Bankdan uzun fasilədən sonra mühüm qərar
