Karyera inkişafı üçün onlayn reputasiyamız nə qədər önəmlidir?
İş dünyasında uğurlu karyera qurmaq üçün təhsil, professional təcrübə və çeviklik olduqca önəmlidir.
Bununla bərabər hazırki günümüzdə işəgötürənlərin diqqət yetirdiyi önəmli amillərdən biri də onlara iş üçün müraciət edən namizədin şəxsi reputasiyasıdır.
Şirkətlər tərəfindən iş üçün müraciət edən namizəd barəsində oflayn məlumatların əldə olunması daha çətin olduğundan, onun barəsində ilkin rəyin formalaşdırılması üçün araşdırmalar online axtarış platformaları (google və s.) və sosial şəbəkələlər vasitəsi ilə aparılır.
Şəxsi reputasiyanın işəqəbul prosesinə necə təsir etdiyini anlamaq üçün PR üzrə mütəxəssis Anar Əskərovdan soruşduq.
- İnsanların şəxsi reputasiyası onların işəqəbul prosesinə necə təsir edir?
- İlk öncə paylaşdığımız informasiyanın şəxsi və ya ictimai olmasını anlamalıyıq. Bu fərqi həmin anda dərk etməyə bilərik. Lakin hər hansı bir məlumat paylaşdıqda ona daha uzunmüddətli perspektivdən yanaşmaq lazımdır. Bu gün hər hansı bir fəaliyyətinizlə bağlı paylaşdığınız fikir, foto və ya video sizə və izləyicilərinizə maraqlı və əyləncəli gələ bilər, lakin 5 il sonra bu məlumatlar sizin əleyhinizə işləyə bilər. Musiqi zövqü belə bir insanın hansı xarakterdə olmasını müəyyən etməyə kömək edir. İnternetdə, sosial şəbəkələrdə paylaşdığımız məlumatlarla biz özümüz barədə “izlər” qoyuruq. Buna “Digital ayaq izləri” deyilir. Bir çox şirkətlər də hər hansı mütəxəssisi işə qəbul etməzdən öncə bu “digital ayaq izləri”ni diqqətlə nəzərdən keçirir. Bu zaman bir mənfi iz müsbət izləri kölgədə qoya bilər və həmin insan nə qədər bacarıqlı və mütəxəssis olmasına baxmayaraq işə qəbul edilməyə bilər.
Bir vacib məqamı da qeyd etməyim yerinə düşərdi. Böyüməkdə olan yeni nəslin onlayn reputasiyası həm də onların valideynlərinin üzərinə düşür. Çünki uşaqlar dünyaya gəldiyi gündən valideynləri onlar barədə məlumatları öz sosial şəbəkələrində paylaşırlar. Valideynlərə uşaqları barədə paylaşdıqları hər bir kontentə həssaslıqla yanaşmağı tövsiyyə edirəm. Bütün bu məlumatlar uşaqları böyüdükdən sonra onların xarakterlərinə və karyeralarına müsbət və ya mənfi təsir edə bilər.
Hər bir sosial şəbəkənin paylaşılan məlumatlarını kimin görüb-görməməsini idarə etmək olur. Bu funksiyalardan istifadə etmək vacibdir. Məsələn, sosial şəbəkədə yeni iş axtarmağınız barədə elanı dostlarınızla paylaşarkən onu iş yoldaşlarınız və ya menecerlərinizdən gizlətmək daha məntiqli olar.
- İşaxtaran şəxslər onlayn reputasiyasını necə formalaşdırmalıdır ki, bu, işəgötürəndə ona qarşı müsbət fikir formalaşdırsın?
- Hər bir sosial şəbəkənin özünə uyğun standarları olmasına baxmayaraq məsləhət görürəm ki, bütün sosial şəbəkələrdə profil fotonuz eyni olsun. Yəni “Facebook”da profil fotonuzun yay tətilində istirahət zamanı çəkilmiş bir foto, “LinkedIn”də isə vəsiqə fotonuzun olması vizuallıq baxımından doğru olmaya bilər. Sizin haqqınızda təəsürat yaradan digər vacib məqam profillərinizdə hansı peşənin sahibi olmağınızı qeyd etməyinizdir. Bu sizin işinizə professional yanaşmağınızdan və məsuliyyətinizdən xəbər verir. Məsələn, media mütəxəssisi, jurnalist, həkim, insan resursları mütəxəssisi və s. Həmçinin, iş üçün müraciət etdiyiniz şirkətin və brendin sosial şəbəkədə səhifəsini bəyənməyiniz işinizə yaraya bilər. Bu arada, həmin şirkət barəsində hər hansı neqativ rəyiniz olub-olmamasını yoxlamağınız vacibdir. Əgər elə rəyiniz olubsa, onu gizlətməyin tam vaxtıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Baku ws
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
4 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















