"Huawei"in sahibinin qızı 10 milyon qarşılığında şərti sərbəst buraxıldı
ABŞ-ın İran tətbiq etdiyi sanksiyaları pozmaq üçün saxtakarlıq etdiyi iddiası ilə Kanadada həbs olunan Çinin texnologiya şirkəti "Huawei"in Maliyyə direktoru (CFO) Mıng Vancounun 10 milyon Kanada dolları (7,5 milyon ABŞ dolları) qarşılığında şərtli sərbəst buraxılmasına qərar verilib
"Marja" xəbər verir ki, beynəlxalq ictimaiyyətin və bazarların yaxından izlədiyi məhkəmə iclasında, kanadalı hakim Uilyam Ehrcken şərtli olaraq buraxılmasına hökm edib. Hakimin təyin etdiyi girov şərtlərinə görə, Vankouver şəhərindəki evində qalacaq Mıng məhkəməyə 7 milyonu nağd və 3 milyonu daşınmaz əmlak şəkilində olmaqla 10 milyon Kanada dollarını təminat olaraq təqdim edəcək.
Mıngın ayaq topuğuna GPS qəbuledicisi taxılacaq və 7/24 izlənəcəkdir. Mıng müəyyən edilən bölgədən kənara çıxmayacaq və mövcud bütün pasportlarını Kanada rəsmilərinə təslim edəcək.
Mıng Vancou "Huawei"in sahibi Ren Zhengfei-in də qızıdır. O, ABŞ-ın İran sanksiyalarını pozduğu iddiası ilə Vaşinqtonun tələbi ilə 1 Dekabrdan bəri Vankouverdəki bir həbsxanada saxlanılırdı.
Mıngın aqibəti, ABŞ rəhbərliyinin Kanadadan ekstradisiya tələb edib etməməsindən asılı olacaq. Kanadalı hakim Ehrcke, Amerikanın sözügedən tələbini təqdim etməsi üçün 60 günü olduğunu bildirib.
Mıngın ABŞ-a ekstradisiya edilməsi halında Nyu-York Şərq Bölgəsi Məhkəməsində "birdən çox beynəlxalq qurumu aldatmaq üçün hiylə qurmaq" cinayətindən mühakimə olunacağı və günahkar olması halında 30 il həbs cəzası ala biləcəyi bildirilir.
Digər tərəfdən, ekspertlər, Mıngın şərti sərbəst buraxılmasının həbs xəbəri ilə gərginləşən ABŞ-Kanada-Çin əlaqələrində gərginliyin azalmasına kömək edəcəyini bildirirlər.
Çinin iri texnologiya şirkəti "Huawei"nin Maliyyə direktoru Mıng Vancou, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğu iddiası ilə ABŞ-ın tələbi ilə Kanada orqanları tərəfindən 1 Dekabrda Vankouver şəhərində saxlanılıb. Hadisənin, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Şi Cinpingin Argentinada keçirilən G-20 Sammitində ticarətdə yaşanan gərginliyi azaltmaq üçün keçirdiyi görüş zamanı baş verməsi diqqəti çəkmişdir.
Hadisədən sonra Çin Xarici İşlər Nazirliyi, Kanadanı insan hüquqlarını pozmaqda günahlandırmış və "Huawei" rəsmisinin dərhal azadlığa buraxılmasını tələb etmişdi.
Çinin Şenzhen şəhərində 1987-ci ildə yaradılmış və bu gün dünyanın ən böyük telekommunikasiya şirkətləri arasında yer alan "Huawei"nin 170 ölkədə 180 mindən çox əməkdaşı var. İnformasiya və kommunikasiya texnologiyası (ICT) həlləri, şəbəkələr, bulud, ağıllı telefon və internet sahələrində xidmət göstərən "Huawei"nin il sonunda bazar dəyərinin 100 milyard dolları keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ

















.jpg)






