“Fominov Konsalting” şirkəti bir sıra iri banklarda ciddi iş aparır - Rəqəmsal bankçılıq strategiyası

Rəqəmsal transformasiya – 21-ci əsr dünya biznesində yeni şərtlərlə uyğunlaşmaq üçün gedən qarşısıalınmaz və qaçınılmaz prosesdir. Bu yeni rəqəmsal iqtisadiyyatda biznesin köhnə model, ənənəvi proseslər və əvvəlki effektivlik ilə işləyəcəyini güman etmək təəccüblü olardı. Biznesin rəqəmsal transformasiyası istənilən şirkətə yeni bazar reallıqlarının artmaqda olan və daha praqmatik “rəqəmsal” rəqiblərin təzyiqlərinə davam gətirmək imkanı verəcək. Bu, yeni “rəqəmsal transformasiya” anlayışı haqqında daha yaxşı təsəvvürə malik olmaq üçün biz, “Fominov Konsalting” şirkətinin biznesin inkişafı üzrə direktoru Azər Məmmədzadə ilə bank sistemlərinin rəqəmsallaşması timsalında müsahibə təşkil etdik.
Azər Məmmədzadə: Müasir rəqəmsal texnologiyalar banklar üçün böyük imkanlar təklif edir. Süni intellekt, maşın təlimi, böyük həcmli məlumatlar, sonsuz sayda ödənişlər, virtual kartlar – yeni nəsil rəqəmsal məhsulların zamanı gəlmişdir. Rəqəmsal texnologiyalar inanılmaz surət ilə yayılır və ölkənin hər regionunda əlçatan olur: periferiyada olan adam paytaxtda yaşayan adamla eyni, yüksək səviyyəli xidmətdən yararlana bilər. Müasir dünyanın reallıqlarında və həyatın surətli axınında xidmət və servisin əksər hallarda müştərinin fiziki mövcudluğundan asılı olmaması əhəmiyyətli faktora çevrilmişdir – məhz bu rəqəmsal bankçılığın əsasını təşkil edir.
Bu gün fasiləsiz inkişaf və innovasiyaların tətbiqi fonunda öz effektivliyini hesablayan və gələcəyini düşünən banklar qarşısında bir sıra mühüm vəzifələr - əməliyyat xərclərinin azaldılması, rəqabətlilik qabiliyyətinin artırılması, biznes modelin təkmilləşdirilməsi, lakin ən əsası, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi və bunun nəticəsi olaraq müştəri məmnunluğu dayanır. Yuxarıda sadalanan bütün bu göstəricilərin yaxşılaşdırılması öz növbəsində, brendin rəqabətlilik qabiliyyətinin artmasına gətirib çıxaracaq uğurlu rəqəmsal transformasiya vasitəsi ilə əldə oluna bilər.
“Fominov Konsalting” şirkəti Azərbaycanın bir sıra iri banklarında ciddi iş aparır. Rəqəmsal transformasiya prosesi bankın mövcud İT infrastrukturunun təfsilatlı auditindən və onun gələcək realizasiya planlamasından başlanılır. Əlbəttə, bütün bunları informasiya texnologiyaları sahəsində yüksək kvalifikasiyalı mütəxəssislərsiz təsəvvür etmək qeyri-mümkündür. Rəqəmsal transformasiya kifayət qədər geniş məhfumdur və onu tam mənimsəmək üçün yüksək professionallıq və eyni zamanda bir neçə istiqamət üzrə iş təcrübəsi tələb olnur. Qarşıya qoyulmuş məqsədin tam şəkildə öhdəsindən gəlmək və bazarda mövcud olan həllərdən ən müvafiq olanını seçmək üçün informasiya texnologiyalarının yalnız bir istiqamətində anlayışlı və məlumatlı olmaq kifayət etmir.
Transformasiya sahəsində parlaq nümunə olaraq biz optimallaşdırmadan sonra dəfələrlə daha surətli rejimdə icra oluna bilən bank gününün bağlanması prosedurunu göstərmək istərdik. Yuxarıda qeyd etdiyimiz kimi, rəqəmsal transformasiyanın əhəmiyyətli müsbət tərəflərindən biri də optimallaşdırmanın maddi tərəfidir. Əvvəlki nəsillər ilə müqayisədə yeni yanaşma bank xərclərini əhəmiyyətli dərəcədə azaldan proqram təminatlarının prosessor lisenziyalarını daha az sayda tələb edir. Beləliklə, mütəşəkkil təşkil olunmuş rəqəmsal transformasiya yalnız bütövlükdə İT infrastrukturu məqsədyönlü şəkildə optimallaşdırıb onun effektivliyini artırmır, həmçinin əməliyyat xərclərinin azalmasına da səbəb olur.
Bütün dəyişikliklər və yenilikləri tətbiq etdikdən sonra bankın ekosisteminin bütövlüyünü təmin etmək vacibdir. Buna rəqəmsal bankçılığın və müvafiq modulların yeni komponentlərinin işlənib hazırlanması və tətbiqi üçün texnoloji platformanı təmin edən Enterprise Service Bus (EBS) və Business Process Management (BPM) proqram təminatı əsas verir. Platforma müştərinin istənilən rəqəmsal kanal (internet bank, mobile bank, ATM/kiosk, voice/chat – contact center və.s.) vasitəsi ilə işləməsinə, məsələn telefonda maliyyə əməliyyatına başlayıb onu mobil əlavə vasitəsi ilə mobil telefonda tamamlamaq imkanı yaradan Omni-channel banking kimi yeni xidmət və maliyyə məhsullarını tez və keyfiyyətli işə salmağa imkan yaradacaq. Əlavə olaraq ESB üçüncü tərəfin sistemləri ilə (ödəniş sistemləri, nizamlayıcılar, kredit reyestri, Blockchain partnyorları, ticarət şəbəkələri ilə və.s.) etibarlı və rahat inteqrasiyanı təmin edəcək.
İnteqrasiya şinasının inkişafı ilə eyni vaxtda biz, məlumatların sonrakı emal və təhlili üçün Data Lake (Data Warehouse) yaratmağı məsləhət görürük. Enterprise Cloud infrastrukturun mövcudluğunda Data Lake platformasının quraşdırılma və tətbiqi sayılı günlər çəkəcək və aktual sorğulara müvafiq sistemi dinamik şəkildə quraşdırmaq mümkün olacaq. DL/DWH yaradılması məlumatların keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq, daha dəqiq hesabatlılıq əldə etmək, gizli asılılıq və qanunauyğunluqların təyini də daxil olmaqla məlumatlar ilə modulyasiya etmək imkanı verəcək.
Omni-channel banking rakursunda rəqəmsal transformasiyanın növbəti addımlarından biri kimi biz, bütün ölkə üzrə kiçik və tamamilə avtomatlaşdırılmış xidmət şəbəkələrinin açılışını görürük. Belə xidmət şəbəkəsi istər fiziki, istərsə də hüquqi şəxslər üçün bütün qalan əməliyyatların terminal/kiosk (hesabdan çıxarışların əldə olunması, kassa əməliyyatları, depozit/kredit əməliyyatları, operator ilə video-çat vasitəsi ilə əlaqə, biometrik identifikasiyanın müxtəlif növləri və.s.) vasitəsi ilə olduğunu nəzərə alaraq ehtiyac olduğu təqdirdə daimi personaldan yalnız mühafizəçinin olduğu hətta kiçik bir yerləşmə sahəsi də ola bilər.
Konsultasiya və innovativ imkanların təqdimatı sahəsində “Fominov Konsalting” şirkətinin təcrübəsi, həmçinin strateji tərəfdaşlıqlar şirkətlərə yuxarıda sadalanan və hətta daha artıq üstünlükləri reallaşdırmaqda kömək olacaq.
Şirkətlərin rəqəmsal transformasiyası ilə yanaşı “rəqəmsal elita” (Digirati) adlı yeni termin – rəqəmsal texnologiyalar sahəsində aktivliyi və güclü idarəetməni özündə cəmləyən, İT-nin bəsit istifadəsindən biznesin transformasiyasına keçidi sərgiləyən yeni məhfum yaranmışdır.
Yuxarıda deyilənləri cəmləyərək sonda haqlıi olaraq bəyan etmək olar ki, rəqəmsal transformasiya istənilən şirkətin müvəffəqiyyətli faəliyyəti üçün təminat hesab olunur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 2 saat sonra
-
11 saat əvvəl
Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin qlobal rəhbəri ilə görüşüb
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Mazda Azərbaycan" Babəkdə yeni satış salonunu istifadəyə verdi
-
11 saat əvvəl
Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar
-
11 saat əvvəl
Xalq Bank investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
-
12 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi
-
12 saat əvvəl
150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank "Xalq Bank"a investisiya faəliyyəti üçün lisenziya verdi
- 14 saat əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Böyük şirkət vakansiyalar elan etdi

İlham Əliyev Albaniyaya getdi

Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar

PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi

150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bank 2 banka icrası məcburi sərəncam verdi

Mərkəzi Bank AYİB-in dəstəyi ilə indekslərin hesablanması və dərci üçün təkmilləşdirilmiş metodologiyanı tətbiq edib

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

Azərbaycanda mobil rabitə gəlirləri 2 %-ə yaxın artıb

Azərbaycanda hər gün orta hesabla 15 ədəd minik avtomobili istehsal olunub - 2 DƏFƏ ARTIB

Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
