Bank “Onlayn hüquq məsləhətçisi” adlı xidmət təklif edir - QİYMƏTLƏR
Azərbaycanda ilk dəfə bank VTB (Azərbaycan) müştərilərinə onlayn rejimdə hüquq məsləhəti almağa imkan verən “Onlayn hüquq məsləhətçisi” adlı məhsul təklif edir.
Məhsul Avropa Hüquq Xidməti ilə birgə hazırlanıb və 8 ölkə- Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Polşa və Almaniya qanunvericiliyini nəzərə alaraq müştərilərə istənilən vaxtı və onlayn rejimdə bir sıra məsələlər üzrə hüquq məsləhəti almağa imkan verir.
Təklif olunan xidmətlər sırasına standart sənədlərin və onların tərtib edilməsi üzrə təlimatların verilməsi, müxtəlif sənədlərlə bağlı məsləhətlər, biznes-layihələrin hazırlanmasında kömək, danışıqların aparılması, eləcə də bir sıra məsələlər üzrə, o cümlədən sahibkarlıq məsələləri üzrə şifahi hüquqi məsləhətlər daxildir.
“Gündəlik həyatda tez-tez hüquqi yardım və ya məsləhət tələb edən hadisələrlə rastlaşırıq. “Onlayn hüquq məsləhətçisi” paketini əldə edərək bizim müştərilər şəxsi hüquqşünasları vasitəsi ilə həm ölkə daxilində, həm də xaricdə istənilən hüquqi məsələni həll edə bilər. Hüquqşünas müştərinin təmsilçisi kimi çıxış edərək onun yerinə danışıqlar da apara bilər” deyə - bank
VTB(Azərbaycan)-ın Təhlil, metodologiya və bank məhsullarının hazırlanması şöbəsinin müdiri Rasim Xammədov qeyd edib.
Müştərilərə “Onlayn hüquq məsləhətçisi” məhsulunun 4 paketi təklif olunur, xidmətlərdən asılı olaraq paketin qiyməti 60 manatdan 125 manatadək dəyişir. Məhsuldan bir il ərzində istifadə etmək olar (əldə edən gündən etibarən).
“Onlayn hüquq məsləhətçisi” xidmətinə bank VTB (Azərbaycan)-ın istənilən filialında qoşulmaq mümkündür. Hüquqşünasla əlaqə saxlamaq üçün aşağıdakı kommunikasiya kanallarından istifadə etmək olar: www.huquq24.az saytında şəxsi kabinet, huquq24@els24.com elektron poçtu, Skype, 088 800 2323 nömrəli pulsuz telefon (Azərbaycan üçün).
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























