PAŞA Bankdan yenilik: Parkinq haqqını telefonunuz vasitəsilə ödəyin!

2016-ci ilin sonlarından etibarən PAŞA Bank korporativ müştərilərinin işçilərinə fərdi bankçılıq xidmətləri göstərməyə başlamışdır.
Korporativ müştərilərin işçiləri PAŞA Bankın fiziki şəxs müştəriləri hesab olunur. Ötən ildən başlayaraq PAŞA Bank fərdi bankçılıq xidmətlərini sürətlə inkişaf etdirir, bu xidmətlərin tam rəqəmsallaşdırılmasını hədəfləyərək Mobil bank əlavəsinin təkmilləşdirilməsilə xüsusi diqqət yetirilir.
Bankdan “Marja”ya bildirildi ki, mobil bank əlavəsində standart xidmətlər ilə yanaşı, Azərbaycan bazarında ilk dəfə təqdim edilən xidmətlər də mövcuddur. Standart xidmətlərdən kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s. üzrə ödənişləri, kredit ödənişlərini, taksi gediş haqqının ödənişini, büdcə ödənişlərini, kredit sifarişini və s. sadalamaq olar. Onlayn növbə xidməti və səfirliyə məktubun təqdim edilməsi üçün müraciət xidməti Bankımızın tətbiq etdiyi yeniliklərdəndir.
Artıq Parkinq haqqı telefon vasitəsilə ödənilir
PAŞA Bank rəqəmsallaşmada öndə gedən banklardan biri olaraq Azərbaycanda ilk sayılacaq yeniliklərə də imza atır. Bu yeniliklərdən biri Parkinq haqqının ödənişi xidmətidir.
“Parkinq haqqının ödənişi xidməti bazarda ilk dəfə təqdim edilən bir yenilikdir. Bu xidmətdən istifadə etmək üçün PAŞA Bankın kart sahibinin telefonuna PAŞA Bank mobil bank əlavəsi yükləyib qeydiyyatdan keçməlidir.
Xidmətdən istifadə etmək üçün kart sahibi PAŞA Bankın Mobil bank əlavəsinə daxil olur və menyudan parkinq xidmətini seçir. Xidmət açıldıqdan sonra telefon avto dayanacağa daxil olduqda verilmiş parkinq çekinin üzərində tutulur. Telefondakı proqram kamera vasitəsilə çekin üzərindəki barkodu oxuyur, ödəniləcək məbləğ ekranda göstərir. Müştəri razılıq verdikdən sonra məbləğ kartdan silinir”.
Artıq növbəyə durmağa və pul xırdalamağa ehtiyac yoxdur
Bu xidmət sayəsində, xüsusilə həftə sonları avtomobil dayanacağından çıxan zaman ödəmə terminalı qarşısında növbəyə duraraq vaxt itirməyəcəksiniz. Digər bir narahatlıq isə ödəmə aparatlarının iri əskinazları daha aşağı nominallı əskinazlar ilə dəyişməməsi ilə bağlı olurdu. Parkinq haqqının PAŞA Bank Mobil bank əlavəsi ilə ödənişi xidməti bu cür narahatlıqların aradan qaldırılmasına imkan verir.
Bakıda "Garage Parking Nizami" və “28 Mall” ticarət mərkəzinin avtodayanacaqlarında bu xidmətdən istifadə etmək olar. Bu xidmət ilə əhatə olunan avtodayanacaq sayının artırılması üçün müvafiq işlər görülür.
Bu yenilikçi xidmətlərin təqdim edilməsində başlıca məqsəd PAŞA Bank müştərisinin filiala gəlməsini minimuma endirərək onların vaxtına qənaət etməkdir:
“Çalışırıq ki, müştərilərimizin diqqəti əsas işlərindən yayınmasın, bank xidmətlərindən məsafədən istifadə etsinlər.
Mobil bank əlavəsindən istifadə geniş yayılmamışdan öncə bir filiala düşən müraciət sayı çox idi və müraciətlərin əksəriyyəti kreditin alınması ilə bağlı idi. Artıq kredit üçün müraciət yalnız mobil bank əlavəsi vasitəsilə qəbul olunur və 3 gün ərzində müştəri ilə əlaqə saxlanılır; müsbət cavab olduqda müştərinin onlayn növbə ilə filiala yaxınlaşması xahiş olunur”.
Səfirliklərə göndəriləcək məktubu banka gəlmədən sifariş edin
Səfirliklərə verilən məktubun alınması ilə bağlı müraciət etmək üçün artıq banka gəlməyə ehtiyac yoxdur: “ İndiyədək məktub sifariş etmək üçün filiala gəlmək lazım idi. Müştərinin sifarişindən sonra məktub hazırlanır, filial müdiri tərəfindən təsdiqlənirdi. Təqdim edilmiş təkmilləşdirmə sayəsində Müştəri artıq banka gəlmədən mobil əlavə vasitəsilə ölkəni qeyd edərək məktubu sifariş verir, xidmət haqqını da kartından ödəyir. Daha sonra isə müştəri filiala yaxınlaşaraq məktubu götürür. Beləliklə, bir məktubun alınması üçün müştəri banka iki dəfə deyil, bir dəfə gəlir”.
Müştərilərimizin istifadəsinə Endirim platforması verilmişdir
PAŞA Bank kartları üzrə Endirim Platforması da yaradılıb: “Tezliklə, platformaya qoşulan restoranların, kafelərin, mağazaların, klinikaların və s. sayı artırılacaqdır. Artıq bir sıra ticarət və xidmət obyektləri platformaya qoşulmuşdur. Tərəfdaş şəbəkə qurulub və PAŞA Bank kart sahibləri bu şəbəkələrdə nağdsız ödənişlər etdikdə endirimlərdən yararlanacaqlar. Həmçinin, bu platforma nağdsız ödənişlərin artmasına da öz töhfəsini verəcəkdir”.
ATM-lərə getməyin marşrutu təqdim olunacaq
PAŞA bankın mobil bank əlavəsində ATM-lər ilə bağlı yeni xidmət istifadəyə veriləcəkdir:
“Müştərilər mobil bank əlavəsində ATM-lərin ünvanlarını və həmin ünvanlara necə getməyin xəritə üzərində marşrutunu görə biləcəklər. Yaxın gələcəkdə bu xidmət də aktiv ediləcəkdir.
PAŞA Bank 2 növ bankomatlara malikdir: Yalnız nağd pulun çıxarılması funksiyalı və 3-ü birində (kartın balansını artırmaq, kartdan pul çıxarmaq və valyutadəyişmə) funksiyalı ATM-lər. Mobil bank əlavəsində ATM-in hansı imkanlara malik olduğunu da öyrənmək mümkün olacaqdır”.
Qeyd edək ki, sayı gündən-günə artan kart müştərilərinin həyatını asanlaşdırmaq üçün PAŞA Bankın Mobil bank əlavəsi və interfeysi daha da təkmilləşdiriləcəkdir. Yenilikləri PAŞA Bankın rəsmi internet səhifəsində, eləcə də sosial səhifələrində izləyə bilərsiniz!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat sonra
-
9 saat əvvəl
Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
-
10 saat əvvəl
"JAC Yük Avtomobilləri Satış Mərkəzi" Caspian Agro 2025 sərgisində iştirak edir
-
-
10 saat əvvəl
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
-
11 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
-
13 saat əvvəl
BOKT "International”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 13 saat əvvəl
- 14 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Birjadan "FINCA Azerbaijan"ın istiqrazları barədə qərar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Ən çox oxunanlar

“Para BOKT” maliyyə göstəricilərini açıqladı

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib

Prezident İlham Əliyev sərgilər ilə tanış olub

Sabahın hava proqnozu açıqlandı
