" Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planının 90%-i icra olunub"
"Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı, demək olar ki, yekunlaşıb".
Bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib. Onun sözlərinə görə, bankın açıq valyuta mövqeyi ilə bağlı məsələ də bu ilin birinci rübündə həllini tapacaq.
"Bankın restrukturizasiya planının 90%-i icra edilib. Bank tam sağlamdır və hazırda yaxın 3 il üçün biznes strategiyası üzərində işləyirik", - deyə X.Əhədov vurğulayıb.
ABB-nin özəlləşdirilməsinə gəlincə, X.Əhədov bildirib ki, hazırda bankın özəlləşdirilməsinə hazırlıqla bağlı işlər görülür: "Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankının əsas sahibi Azərbaycan dövlətidir. Bankın 95%-i dövlətə və dövlətin təsis etdiyi “Aqrarkredit” təşkilatına məxsusdur. Özəlləşdirilmə barədə qərarın verilməsi menecmentin ixtiyarında deyil. Biz özəlləşdirilməyə hazırlıqla məşğuluq. Bankı bu prosesə hazırlayırıq ki, gələcəkdə bankın özəlləşdirilməsi mümkün olsun. Bunun üçün görüləsi tədbirlər var. Bankın sərmayə hekayəsi, kapital bazarında görüşləri, biznes modeli və strategiyası olmalıdır".
X.Əhədov ABB-nin London Məhkəməsində “Sberbank”a uduzması məsələsinə də aydınlıq gətirib: "Bu, sırf kommersiya mübahisəsidir. Bizim kreditorların 95%-i restrukturizasiya planını dəstəkləyib. Vaxtilə bu məsələlərlə razı olmayan 5% isə çalışır ki, bu məsələdə öz maraqlarını qorusun. Bu da hər iki tərəfin kommersiya mübahisəsidir. İstənilən bankın, kiçik və ya böyük bankın müştərisi və ya kreditoru ilə kommersiya mübahisələri olur. Bu, normal bir prosesdir və bizim bu məhkəmələrdə hər hansı gözlənilməz və yaxud bankın balansına təsir edə biləcək itki perspektivlərimiz yoxdur. Bu məhkəmə prosesi normal qaydada keçir və bu proses illərlə davam edə bilər".
©APA
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
21 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















