Bank Standard"ın bəzi borclularına güzəşt edilir, bu qanunsuzdur"
“Bank Standard”ın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın bəzi borclularına güzəşt edir".
Bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
“Bu, qanunsuz addımdır, həmin pullar kreditorlarındır və heç kimə güzəşt edilməməlidir".
Bundan başqa, hüquqşünas kreditorları “Bank Standard”ın əmlaklarının satışı ilə bağlı keçirilən hərraclarda aktiv iştirak etməyə çağırıb: “Həmin hərraclarda iştirak edin, görün o əmlaklar kimlərə və neçəyə satılır”.
İclasda “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, Bankın, təxminən, 50 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak ediblər.
Ə.Həsənov bildirib ki, ləğvedici kreditorların pulunun qaytarılmasına nəinki kömək etmir, əksinə, buna mane olur: “Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev söz vermişdi ki, “Bank Standard”da son vəziyyət, onun əmlakları haqqında məlumat versin. Amma o, sözünə əməl etməyib. Həmçinin Bankın növbəti ləğv planı təsdiq edilmək üçün hazır deyil”.
Bundan başqa, sədrin sözlərinə görə, Fond KPMG audit şirkəti ilə işləyir ki, bu da qəbuledilməzdir: “KPMG-nin Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində “Artsax bank”a xidmət göstərməsi bir yana, digər tərəfdən bu şirkət “Bank Standard”ın əmlakını aşağı qiymətləndirib. Məsələn, KPMG bəyan edib ki, Bankın daşınmaz əmlaklarının dəyəri 40 mln. manatdır. Halbuki, o məbləğ təkcə şəhərin mərkəzindəki baş ofisin qiyməti ola bilər. Bundan başqa, KPMG deyib ki, Bankın 750 mln. manatlıq kredit portfelindən cəmi 150 mln. manatını geri qaytarmaq mümkün olacaq. Fond da bu rəqəmləri cəmləyib bəyan edir ki, ortalıqda 190 mln. manat var və bu pulu da özü götürəcək. Yəni kreditorlara pul çatmayacaq. Kreditorlar Komitəsi buna etiraz edir və hesab edir ki, növbədə birinci Fond deyil, kreditorlar olmalıdır”.
© Report
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
15 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


























