Bankların avtomobilləri satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.
Fonddan "Marja"ya daxil olmuş məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 1 ədəd “Daewoo Nexia”, 3 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 2 ədəd VAZ-213100, 2 ədəd “Toyota Camry”, 2 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 1 ədəd “Mitsubishi Outlander”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350” markalı avtomobil ilk dəfə hərraca çıxarılır.
Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 12 fevral 2018-ci il, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac 19 fevral 2018-ci il, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac 26 fevral 2018-ci il tarixlərində keçiriləcək.
Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 21 saat sonra
- 5 saat sonra
-
25 d. əvvəl
Dövlət şirkəti tikinti layihələri üçün 130 milyon manatlıq istiqraz buraxır
-
1 saat əvvəl
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli sualları cavablandırıb - MÜSAHİBƏ
-
11 saat əvvəl
Orxan Nəzərli: Vergi dərəcələrini artırmaqda maraqlı deyilik
-
12 saat əvvəl
Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bakıda daha bir ünvanda Subway restoranı açılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Orxan Nəzərli: Vergi dərəcələrini artırmaqda maraqlı deyilik
Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir













.png)













