Azərbaycanın iri bankı 59 milyon manat xalis mənfəət açıqladı

PAŞA Bank ASC 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın audit olunmamış rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən PAŞA Bankın cəmi gəlirləri 207 milyon 87 min manat, o cümlədən faiz gəlirləri 158 miyon 157 min manat, qeyri-faiz gəlirləri 48 milyon 925 min manat təşkil edib. Ötən il PAŞA Bank-ın 48 milyon 925 min manat qeyri-faiz gəlirlərinin 31 milyon 680 min manatını xarici valyutadan xalis gəlirlər təşkil edib. 2016-cı ildə Bankın valyuta əmliyyatlarından gəliri 56 milyon 439 min manat təşkil etmişdi.
2016-cı ildə PAŞA Bankın cəmi gəlirləri 191 milyon 584 min manat, o cümlədən faiz gəlirləri 114 milyon 753 min manat, qeyri-faiz gəlirləri 76 milyon 831 min manat təşkil etmişdi.
Audit olunmamış rüblük maliyyə hesabatlarına görə, PAŞA Bank 2016-cı ili 61 milyon 57 min manat xalis mənfəətlə başa vurmuşdu. Audit olunmuş hesabata əsasən, 2016-cı ildə PAŞA Bankın xalis mənfəəti 69,3 milyon manat təşkil etmişdi.
PAŞA Bank 2014-cü ildə 2.8 milyon manat zərər etmiş, 2015-ci ili isə 14,4 milyon manat xalis mənfəətlə bağlamışdı.
PAŞA Bank 2016-ci ildə faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata 54 milyon 37 min manat ayırmışdısa, 2017-ci ildə bu rəqəm 12 milyon 312 min manat təşkil edib. Bu, PAŞA Bank-da gecikmədə olan kreditlərin artım sürətinin azaldığına işarədir.
AKTİVLƏRİ 413 MİLYON MANAT ARTIB
Rüblük hesabata görə, 31 Dekabr 2017-ci il tarixində PAŞA Bank 3 milyard 551 milyon 787 min manat cəmi aktivlərə, 3 milyard 149 milyon 76 min manat cəmi öhdəliklərə və 402 milyon 711 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində PAŞA Bank 3 milyard 138 milyon 803 min manat cəmi aktivlərə, 2 milyard 736 miyon 408 min manat cəmi öhdəliklərə və 402 milyon 395 min manat cəmi balans kapitalına malik idi. Belliklə, ötən il PAŞA Bankın cəmi aktivləri 413 milyon manat artıb.
Audit olunmuş hesabat görə, 2016-cı ilin sonunda PAŞA Bankın cəmi aktivləri 3 milyard 289.8 milyon manat təşkil edib.
2016-cı ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 870 milyon 201 min manatda 943 milyon 99 min manata qalxıb. Beləliklə, Bankın kredit portfeli 72 milyon 898 min manat və ya 8,4% artıb.
PAŞA Bank PAŞA Holdinq-ə daxildir. Holdinqə daxil olan digər bank - “Kapital Bank” ASC 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Şüşə vitrinlərinizi çöl görüntüsünü pozmadan reklam sahəsinə çevirin!
-
13 saat əvvəl
Tarixdə 4 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət oldu
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 14 saat əvvəl
-
14 saat əvvəl
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr aparılıb
-
15 saat əvvəl
"Birkart BOKT" istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Son Xəbərlər

Tarixdə 4 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət oldu

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Bank BTB"nin Müşahidə Şurasında dəyişiklik gözlənilir

Misin qiymətində rekord

"Kapital Bank"ın reytinqləri təsdiq edilib
Ən çox oxunanlar

Cəbrayılda transformator istehsalı müəssisəsi yaradılacaq - SƏNAYE PARKINDA YENİ ƏRƏB ŞİRKƏTİ

Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir

Azərbaycanda ipoteka kreditlərinin 70 %-i dövlət xətti ilə verilib

Sabahın hava proqnozu açıqlandı - 38 dərəcəyədək isti olacaq

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
