Kimlər işsiz qaldıqda sığorta ödənişi ala bilər? - MÜDDƏT VƏ MƏBLƏĞLƏR
01 yanvar 2018-ci il tarixdən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi, əmək haqları üzrə işçinin hesablanmış əmək haqqından və işəgötürənin əmək haqqı fondundan ayrı-ayrılıqda 0.5% işsizlikdən sığorta haqqının tutulmağa başlanması, İşsizlikdən sığorta fondunun büdcəsinin 2018-ci il üçün 89.040.000 AZN müəyyən edilməsi kimi addımlardan sonra bu qanunun kimlərə şamil olunacağı, kimlərin sığorta ödənişi ala biləcəyi və sığorta ödənişinin məbləği hər kəs üçün maraqlıdır.
01 yanvar 2018-ci ildən etibarən artıq ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar. Yeni qanuna görə yalnız aşağıda göstərilən iki kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar.
1.dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi
2.işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər
Göründüyü kimi öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilən şəxslər üçün işsizlikdən sığorta ödənişi verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı diqqət yetirilməli digər vacib məqam yuxarıda göstərilən iki kateqoriya şəxslər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınmış olmalıdır.
Qanuna əsasən bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı iki il ərzində 9 aydan artıq ola bilməz. Bu müddət işsizlikdən sığorta haqqı almaq barədə ilk müraciətdən sonrakı birinci il üçün 6 ay, ikinci il üçün isə 3 ay olmaqla müəyyən edilmişdir. Qeyd etmək mümkündür ki, şəxsə təyin olunan işsizlikdən sığorta ödənişi yalnız qanunda müəyyən olunmuş hallarda (yeni işə başladıqda, pensiyaya çıxdıqda, ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda, hərbi xidmətdə olduqda və s) dayandırıla bilər.
İşsizlikdən sığorta ödənişi almağın qaydası barədə bildirdikdən sonra işsizlikdən sığorta ödənişinin məbləği barədə məlumat verilməsini zəruri hesab edirik.
Məlum olduğu kimi işçilərin ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinə edilmiş yeni düzəlişlərdə işçinin stajı əsas götürülür. İşsizlikdən sığorta ödənişi verilərkən də eyni qaydada işçinin stajı mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin sığorta ödənişi məbləği hesablanarkən işçinin itirilmiş orta aylıq əmək haqqı məbləği də əsas hesab olunur.
Qeyd etmək mümkündür ki, işsizlikdən sığorta ödənişi məbləğinin üç növü vardır.
1.əsas sığorta ödənişi. (bunu aşağıda izah edəcəyik)
2.sığorta ödənişinə əlavə. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu əlavəni almaq hüququ var.
3.Minimum sığorta ödənişi. Bu məbləğ ikinci il üçün müraciət olunan zaman 3 ay müddətinə və minimum əmək haqqı məbləğində (hazırda 2018-ci il 01 yanvar tarixindən etibarən 130 AZN) müəyyən edilir.
İşsizlikdən əsas sığorta ödənişinin məbləği ilkin müraciət zamanı birinci il üçün 6 ay ərzində aşağıdakı qaydada müəyyən olunur.
1.işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – orta aylıq əmək haqqının...
a)işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi
b)sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi
c)sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi ödənilir.
2.işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – minimum sığorta ödənişi məbləğində.
Yekunda isə qeyd etmək mümkündür ki, sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.
Müəllif: Marja.az üçün hüquqşünas, Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda 2030-cu ilədək nəhəng mədən planı – İxrac 2 milyard dollara çatdırılacaq
- 6 saat əvvəl
-
6 saat əvvəl
McDonald’s niyə Walmart və Amazon-un ardınca reklam biznesinə daxil olur?
-
7 saat əvvəl
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
-
10 saat əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
Azərbaycanda “Sinsay” mağazalarının sayı 25-ə çatıb
Mikayıl Cabbarov “Karadeniz Holding” rəhbərliyi ilə görüşdü – İnvestisiya imkanları və birgə layihələr masadadır
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Birjasdan “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.png)










