"Yapı Kredi Bank Azərbaycan" 6.25 milyon mənfəət açıqladı
Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin 9 ayının məlumatlarını ictimaiyyətə təqdim edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, mənfəət və zərər hesabatına nəzər yetirdikdə cari ilin 9 ayının yekununda 6.3 milyon manatlıq xalis mənfəət əldə etdiyi görülür.
Bankın hesabatları barədə şərh verən İdarə Heyətinin Sədri Cənab Cenk Yüksel deyib:
“Yapı Kredi Bank Azərbaycan olaraq müştərilərimizin etimadını qazanmaq bizim üçün çox önəmlidir. Bu istiqamətdə hər zaman gərəkli addımları atmışıq, bundan sonra da davam edəcəyik. Güvənini qazandığımız müştərilərin sayı getdikcə artmaqdadır. Bunun nəticəsi olaraq da, görürük ki, ötən ilin Sentyabr ayının sonu ilə müqayisədə, bu ilin Sentyabr ayının sonunda əmanətlərimizin həcmi 34% artaraq 302 milyon manat olmuşdur.
Yapı Kredi Bank Azərbaycanın digər hesabatlarına nəzər saldıqda xalis faiz gəlirləri 23% artaraq 19.1 milyon manat olmuşdur".
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























