970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda tikinti materialı istehsalı artb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda tikinti materialı istehsalı artb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 1 milyard 311 milyon 400 min manat dəyərində tikinti materialı istehsal edilib. Sahə üzrə istehsal 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb.

Marja.az Dövlət Statistika Komitəsinin “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsinin yanvar–oktyabr buraxılışına istinadən xəbər verir ki, əsas tikinti materialları arasında ən yüksək artım əhəng istehsalında qeydə alınıb. On ayda 32 min 600 ton əhəng istehsal edilib ki, bu da ötən ilin eyni dövründəkindən 72,5 faiz çoxdur. Asfalt istehsalı 32,1 faiz artaraq 167 min 300 tona çatıb.

Müəssisələr 4 milyon 147 min 700 ton beton və 3 milyon 597 min 300 ton sement istehsal ediblər. Ötən ilin eyni dövrü ilə müqayisədə beton istehsalı 8,1 faiz, sement istehsalı isə 5,4 faiz artıb.

Ən kəskin azalma tikinti gipsinin istehsalında müşahidə olunub. Bu məhsulun istehsalı 77,7 faiz azalaraq 27 min 600 tona düşüb. Tikinti kərpiclərinin istehsalı 14,4 faiz, tikinti şüşəsinin istehsalı isə 4,2 faiz azalıb.

Azərbaycanda tikinti materiallarının istehsalı sement istehsalı beton istehsalı əhəng istehsalı asfalt istehsalı tikinti gipsi tikinti kərpicləri tikinti şüşəsi sement klinkeri sement ehtiyatı Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-oktyabr ayları
20.11.2026 16:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19