Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 20 min 474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatmışdır.
Marja.az Dövlət Statistika Komitəsinin “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsinin yanvar–oktyabr buraxılışına istinadən xəbər verir ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. 2026-cı il oktyabr ayının əvvəlinə əhalinin 22,9 faizi Bakı, 4,6 faizi Naxçıvan, 9,3 faizi Lənkəran-Astara, 8,6 faizi AbşeronXızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi QazaxTovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşmüşdür. Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olmuşdur.
Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olmuşdur. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10,0), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2), Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44919 ölüm halı qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalmışdır.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4,0-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalmışdır. Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,1), Qarabağ (4,7), Dağlıq Şirvan (4,5), Quba-Xaçmaz (4,3), Bakı və QazaxTovuz (4,2), Naxçıvan və Mərkəzi Aran (4,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,0) yüksək olmuşdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gələn, Azərbaycandan isə 1780 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
“30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 d. əvvəl
Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var? – ƏTRAFLI ®
-
18 d. əvvəl
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
- 19 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 29,9 faiz azalıb, yük avtomobili istehsalı 2,7 dəfə artıb
-
35 d. əvvəl
Bakı–Balakən–Bakı üzrə qatarların hərəkəti bərpa olunur - Biletlərin qiyməti
-
1 saat əvvəl
İllik mənfəəti 300 000 manat olan aqrar şirkət 60 000 manat əvəzinə 6 000 manat vergi ödəyəcək
-
1 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
-
2 saat əvvəl
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
Azərbaycanda minik avtomobili istehsalı 29,9 faiz azalıb, yük avtomobili istehsalı 2,7 dəfə artıb
Ən çox oxunanlar
İllik mənfəəti 300 000 manat olan aqrar şirkət 60 000 manat əvəzinə 6 000 manat vergi ödəyəcək
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
Ermənistanın yeni Konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək
Noyabrın 21-də gözlənilən hava şəraiti - 21 dərəcə isti gözlənilir
Bakı Fond Birjasında qayda pozuntusu aşkarlanıb – Listinq Komitəsinin sədri cərimələnib





















