Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı

AzVak-mobil_resmin_ustu_31
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN Azərbaycanda istehsal müəssisəsinin yaradılması istiqamətində ilkin razılaşma imzalayıb.

Marja.az xəbər verir ki, bu barədə ASELSAN Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Azərbaycanda yaradılması planlaşdırılan müəssisə çərçivəsində ASELSAN-ın tuşlama və yönləndirmə dəstləri (Guidance Kits), həmçinin anti-dron sistemləri üzrə qabaqcıl istehsal texnologiyalarının Azərbaycana ötürülməsi nəzərdə tutulur.

ASELSAN bildirib ki, bununla bağlı Azərbaycanda istehsal müəssisəsinin yaradılmasına dair ilkin razılaşma – “term sheet” imzalanıb.

Azərbaycan Hərbi Hava Qüvvələri üçün ALP 100 radarı

ADEX 2026 çərçivəsində ASELSAN ilə Azərbaycan tərəfi arasında daha bir mühüm sənəd imzalanıb.

Şirkətin məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə ehtiyacları çərçivəsində ALP 100 AESA hava müşahidə radarına dair çərçivə razılaşması əldə olunub.

Beləliklə, razılaşmalar həm Azərbaycanda müəyyən müdafiə sistemlərinin lokal istehsalının yaradılmasını, həm də ölkənin hava müşahidəsi və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini əhatə edir.

ASELSAN ALP ailəsinə daxil olan erkən xəbərdarlıq radarlarının istehsalçısıdır. Şirkət 2026-cı ildə Türkiyənin Müdafiə Sənayesi Başkanlığı ilə ALP 100, ALP 400, ALP 500 və ALP 600 erkən xəbərdarlıq radarları üzrə ayrıca müqavilələr də imzalayıb. 

İlham Əliyev ASELSAN stendini ziyarət edib

ASELSAN-ın açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin şirkətin ADEX 2026-dakı stendini ziyarət etdiyi də bildirilib.

Prezidentin rəsmi saytının məlumatına görə, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar. 

ADEX 2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçirilir. ASELSAN-ın rəsmi məlumatlarında da şirkətin sərgidə iştirak etdiyi göstərilir. 

Qeyd edək ki, ASELSAN artıq Azərbaycanda ASELSAN Baku şirkəti vasitəsilə fəaliyyət göstərir. ASELSAN-ın 2026-cı ilin ilk yarısı üzrə maliyyə hesabatında ASELSAN Baku şirkətin 100%-lik törəməsi kimi göstərilir və onun fəaliyyət istiqamətlərinin biznesin inkişafı, satış, texniki xidmət və təmir olduğu qeyd edilir. 

30.09.2026 22:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19