Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Qızıl 4200 dollardan da aşağı düşüb. FED-in Oktyabrda faiz artıracağı ehtimalı 65%-ə çatıb. Qızıla ikiqat təzyiq: bahalı neft və yüksək faiz gözləntiləri Hörmüz düyünü qızılı da vurur – qiymətlərdə eniş davam edir. Yanvarda 5600 dollara yaxınlaşan qızıl indi 4200 dollardan aşağıdır.Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşərək ötən həftəki uzuzlaşmasını davam etdirib. Neftin yüksək qiyməti və ABŞ-da iqtisadi fəallığa dair güclü göstəricilər Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi gözləntilərini gücləndirib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:22-də qızılın qiyməti 2% azalaraq bir troya unsiyası üçün 4198 dollara düşüb. Bu gün qızılın qiyməti 4191,57 dolları da görüb.
Hörmüz ətrafındakı qeyri-müəyyənlik neft və faiz gözləntilərini gündəmdə saxlayır
İran Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü şərtləri yumşaltmayacağını bildirdikdən sonra neft bahalaşıb. Bu mövqe qlobal enerji təchizatı üçün mühüm marşrutlardan biri ətrafında qeyri-müəyyənliyi qoruyub.
ABŞ Prezidenti Donald Tramp İranın boğazın açılmasına dair yeddi günlük təklifini rədd edib. Bununla yanaşı, o, Tehranla danışıqların bu həftə bərpa olunacağını gözlədiyini bildirib.
Mənbənin məlumatına görə, ABŞ–İran münaqişəsi səkkizinci ayına daxil olur, “Brent” markalı neft isə ilin əvvəlindən təxminən 70% bahalaşıb. Enerji qiymətlərinin davamlı olaraq yüksək qalması inflyasiya narahatlıqlarını artırır və bazarların FED-in növbəti addımlarını qiymətləndirərkən nəzərə aldığı mühüm amillərdən birinə çevrilir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hammak bildirib ki, daha güclü iqtisadi artım gözləntiləri, dövlət borcu ilə bağlı narahatlıqlar və əlavə faiz artımları ehtimalı ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyini yüksəldir.
Oktyabrda yeni faiz artımı ehtimalı 65% qiymətləndirilir
FED rəsmiləri sentyabrın ortalarında əsas faiz dərəcəsinin 25 baza bəndi artırılmasına yekdilliklə səs veriblər. Bundan sonra bir sıra rəsmilər əlavə faiz artımlarının zəruri ola biləcəyini bildiriblər.
Bazarlar oktyabrda daha bir faiz artımı ehtimalını təxminən 65% səviyyəsində qiymətləndiriblər.
İstiqraz bazarındakı dəyişikliklər də qızılın qiymətinə təzyiq göstərib. Ötən həftə ABŞ-ın 10 illik və 2 illik dövlət istiqrazlarının gəlirlilikləri arasındakı fərq 17 baza bəndinədək daralıb. Bu, 2025-ci ilin əvvəlindən bəri ən aşağı göstəricidir.
Qızıl yanvar rekordundan aşağıda qalır
İnvestorların FED-in siyasətinə dair gözləntilərini davamlı olaraq yenidən qiymətləndirməsi fonunda qızıl bu ay əsasən bir unsiya üçün 4230–4510 dollar intervalında ticarət olunub. Qiymət yanvarda qeydə alınmış təxminən 5600 dollarlıq rekord səviyyədən xeyli aşağıdır.
ANZ bankının qiymətləndirməsinə görə, yüksək istiqraz gəlirlilikləri və güclü dollar qızılın qiymətinə təzyiq göstərdiyindən makroiqtisadi mühit qiymətli metal üçün çətin olaraq qalır.
Bununla belə, bank qızıla bağlı birjada ticarət olunan fondlara — ETF-lərə tələbin dayanıqlı olduğunu vurğulayıb. Bu ay həmin fondların qızıl ehtiyatları təxminən 50 ton artıb.
ABŞ-da istehlakçı əhval-ruhiyyəsi isə sentyabrda zəifləyərək son dörd ayın minimumuna enib. Buna qiymətlər və iqtisadiyyatla bağlı narahatlıqların artması səbəb olub.
ABŞ-ın maliyyə naziri Skott Bessent FED-i faiz qərarlarında müxtəlif ehtimallara açıq olmağa çağırıb. Onun fikrincə, süni intellekt və tənzimləmələrin yumşaldılması hesabına məhsuldarlığın artması inflyasiyanın məhdudlaşdırılmasına kömək edə bilər.
Bazarların diqqəti inflyasiya və məşğulluq məlumatlarına yönəlir
İnvestorlar çərşənbə günü açıqlanacaq avqust ayına dair şəxsi istehlak xərcləri qiymət indeksini — PCE-ni və cümə günü dərc olunacaq sentyabr ayı üzrə məşğulluq hesabatını izləyəcəklər.
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi və iş yerlərinin sayındakı dəyişiklik əlavə faiz artımlarının mümkün istiqamətinə dair yeni siqnallar verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
6 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
15 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























