Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi

İran rialı tarixinin ən aşağı səviyyəsinə düşdü – İranda dollar partlayışı. ABŞ dolları 2 milyon rial həddinə çatdı. ABŞ təzyiqi İran rialını vurdu. Neft ixracı dayanır, rial çökür. Rial çökərkən İran Mərkəzi Bankından mesaj: Sənayeyə 20 milyard dollar veriləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təxminən altı aydır müharibə şəraitində olan İranda milli valyuta tarixinin ən aşağı səviyyəsinə geriləyib. ABŞ-ın İran iqtisadiyyatına təzyiqləri artırması rialın dollar qarşısında dəyər itirməsini daha da sürətləndirib.

Marja xəbər verir ki, valyuta bazarını izləyən “Bonbast”ın məlumatına görə, Bakı vaxtı ilə saat 17:00-da İran rialı bu gün sərbəst bazarda 1 ABŞ dollarına qarşı 2 milyon 33 min rial səviyyəsində ticarət olunub. Bu göstərici ABŞ Prezidenti Donald Trampın ötən həftə Tehrana qarşı “sarsıdıcı iqtisadi əməliyyat” elan etməsindən sonra rialın təxminən 5% ucuzlaşması deməkdir.

Digər qeyri-rəsmi valyuta monitorinq platforması TGJU isə bildirib ki, bazar günü dollar 2 milyon rial həddini (200 min tümən ) keçib, lakin günün sonunda müəyyən qədər möhkəmlənib.

İran valyutası ABŞ-ın ölkəni iqtisadi baxımdan təcrid etmək istiqamətində atdığı addımlar fonunda ciddi təzyiq altında qalır. ABŞ İranın Fars körfəzində yerləşən əsas limanlarını blokadaya alıb, Tehranın qalan azsaylı ticarət tərəfdaşlarına təzyiqləri artırıb və ölkənin xarici valyuta gəlirlərinin əsas mənbəyi olan neft ixracını məhdudlaşdırıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ötən həftə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti ölkənin xam neft ixracının “demək olar ki, dayandığını” bildirib.

Tehranın ən mühüm ticarət tərəfdaşlarından biri olan Birləşmiş Ərəb Əmirlikləri də ötən həftə növbəti qəraradək İranla bütün maliyyə əməliyyatlarını dayandırdığını açıqlayıb.

İranın aparıcı iqtisadi nəşrlərindən “Donyaye Eqtesad” rialın ucuzlaşmasının əsas səbəbləri sırasında valyuta köçürmələrində yaranan problemləri və ixracın azalmasını göstərib. Nəşrin məlumatına görə, idxala tələbin artması və inflyasiya gözləntilərinin yüksəlməsi də milli valyutaya əlavə təzyiq yaradır.

İran Mərkəzi Bankından məzənnə açıqlaması – Sənayeyə 20 milyard dollar ayrılacaq

İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti əsas ərzaq məhsulları və dərman idxalı üçün tələb olunan xarici valyutanın təmin ediləcəyini bildirib. O, valyuta məzənnələri arasındakı fərqin müvəqqəti olduğunu və qısamüddətli dalğalanmalara görə ölkənin valyuta siyasətinin dəyişdirilməməli olduğunu deyib.

“Mehr” xəbər agentliyinin məlumatına görə, Hemməti dolların sərbəst bazarda satış məzənnəsinin tarixi maksimuma yüksəlməsindən sonra İran Sahibkarlar Assambleyasının üzvləri ilə görüşdə ölkədəki iqtisadi vəziyyəti qiymətləndirib.

Son altı ayın olduqca ağır şəraitdə keçdiyini bildirən Hemməti hökumət və aidiyyəti qurumların ciddi problemlərə baxmayaraq ölkədə normal həyatın davam etdirilməsi və iqtisadi dayanıqlılığın qorunması üçün çalışdığını vurğulayıb.

ABŞ-ın İrana qarşı təzyiqləri daha da artıracağı ilə bağlı açıqlamalara münasibət bildirən Hemməti deyib:

“İndiyədək edə biləcəkləri hər şeyi ediblər. Son açıqlamalar bizi çöküşə aparacaq yeni məhdudiyyət və ya təzyiq yaratmır”.

Onun sözlərinə görə, iqtisadiyyatın maliyyələşdirilməsində banklar mühüm rol oynayır və iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün bank sisteminin imkanları genişləndirilməlidir.

Sənaye sektoruna 20 milyard dollar valyuta ayrılacaq

Hemməti bildirib ki, İran hakimiyyəti fevral ayından etibarən ağır iqtisadi şərait ehtimalını nəzərə alaraq müxtəlif mənbələrdə xarici valyuta ehtiyatları toplamağa başlayıb.

Mərkəzi Bank sədrinin sözlərinə görə, görülən hazırlıqlar əsas ərzaq məhsulları və dərman idxalı üçün tələb olunan valyutanın təmin edilməsinə imkan verəcək. O həmçinin ilin sonunadək sənaye sektorunun valyuta tələbatının ödəniləcəyini və bu məqsədlə 20 milyard dollar ayrılacağını açıqlayıb.

“Planlaşdırmamıza uyğun olaraq valyuta təminatında problem yaşamayacağıq. Hər bir sahibkar üçün ehtiyac duyduğu həcmdə nağd valyutanı təmin edəcəyik”, – Hemməti bildirib.

İran Mərkəzi Bankının ilin əvvəlindən etibarən gündəlik orta hesabla 175 milyon dollar həcmində valyuta təmin etdiyini deyən Hemməti ötən ilin eyni dövründə bu göstəricinin təxminən 205 milyon dollar olduğunu bildirib.

Beləliklə, Mərkəzi Bankın gündəlik valyuta təminatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30 milyon dollar və ya 14,6% azalıb.

Hemməti iqtisadi aktivliyin zəifləməsinin vergi və sosial sığorta haqlarından dövlət büdcəsinə daxilolmaların bir hissəsini azaltdığını etiraf edib. Bununla belə, o, bu vəziyyətin ölkədə iqtisadi fəaliyyətin tam dayanması mənasına gəlmədiyini vurğulayıb.

“Ən mühüm vəzifə inflyasiyanı nəzarətdə saxlamaqdır”

İran Mərkəzi Bankının sədri hökumətin əsas vəzifəsinin inflyasiyanı nəzarət altında saxlamaq olduğunu bildirib və Mərkəzi Bankın da bu istiqamətdə hökumətə dəstək göstərməli olduğunu qeyd edib.

“Biz konkret məqsəd olmadan pul çap edib likvidliyi artıra bilmərik”, – Hemməti deyib.

Onun sözlərinə görə, fevral ayından etibarən mümkün müharibə ssenarisi nəzərə alınıb və əhalinin əsas tələbatının təmin edilməsi məqsədilə valyuta ehtiyatları formalaşdırılıb.

Hemməti mövcud fövqəladə şəraitdə inflyasiyanın artım tempinin zəiflədiyini iddia edib. Onun sözlərinə görə, avqust ayında inflyasiya təxminən 4% təşkil edib, pul kütləsinin artım tempi də aşağı düşüb.

Mərkəzi Bank sədri milli valyutanın ucuzlaşması və inflyasiya ilə mübarizənin mövcud imkanlar çərçivəsində davam etdiriləcəyini bildirib.

O həmçinin istehsal sektorunun maliyyələşdirilməsi üçün 700 trilyon tümən həcmində vəsaitin pul emissiyasına müraciət edilmədən maliyyə alətləri vasitəsilə təmin edilməsinin planlaşdırıldığını açıqlayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İxracatçıların fəaliyyətinin asanlaşdırılması məqsədilə müəyyən addımların atıldığını deyən Hemməti problemlərin aradan qaldırılması üçün məhkəmə hakimiyyəti ilə də danışıqlar aparıldığını bildirib.

“Məzənnələr arasındakı fərqin artması müvəqqətidir”

Hemməti valyuta bazarında müxtəlif məzənnələr arasındakı fərqin genişlənməsinin müvəqqəti xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, qısamüddətli məzənnə dalğalanmalarına görə ölkənin valyuta siyasətini dəyişmək düzgün olmazdı.

“İqtisadiyyatın gələcəyi ilə bağlı nikbinəm və mövcud problemlərin əksəriyyətinin həll edilə biləcəyinə inanıram”, – İran Mərkəzi Bankının sədri deyib.

İranda bir gün əvvəl dolların sərbəst bazarda satış məzənnəsi tarixi maksimuma çataraq 200 min tümən və ya 2 milyon rial həddini görüb.

İş elanları AzVak.az-da

İran rialı İran iqtisadiyyatı İran valyutası dollar rial məzənnəsi İran dollar məzənnəsi İran rialı ucuzlaşdı rial rekord minimum 2 milyon rial İran Mərkəzi Bankı Əbdülnasir Hemməti Donald Tramp ABŞ İran İran sanksiyaları İran neft ixracı İran inflyasiyası İran valyuta bazarı Bonbast TGJU Fars körfəzi İran iqtisadi böhranı İran müharibəsi İran valyuta bazarı dollar rial məzənnəsi 2 milyon rial 200 min tümən İran sənayesi 20 milyard dollar İran valyuta ehtiyatları İran iqtisadiyyatı İran inflyasiyası İran bankları valyuta təminatı İran sahibkarları İran sənaye sektoru dərman idxalı ərzaq idxalı valyuta siyasəti İran dollar məzənnəsi rialın ucuzlaşması pul emissiyası 700 trilyon tümən İran likvidliyi iqtisadi dayanıqlılıq ABŞ İran təzyiqləri İran sanksiyaları İran iqtisadi böhranı valyuta məzənnəsi İran ixracı İran idxalı.
24.08.2026 16:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19