"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
"PAŞA Bank Gürcüstan"da rəhbərlik dəyişikliyi başa çatıb.
Marja.az xəbər verir ki, Pünhan Nərimanov 3 avqust 2026-cı il tarixindən "PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Pünhan Nərimanov 2026-cı ilin iyununda İdarə Heyəti sədrinin müşaviri kimi banka qoşulub. O, əvvəlcədən planlaşdırılmış rəhbərlik dəyişikliyi çərçivəsində keçid prosesində iştirak edib və bankın fəaliyyətinin fasiləsiz davam etdirilməsinə dəstək göstərib.
Yeni rəhbərin bankçılıq, ödənişlər, xəzinədarlıq və maliyyə əməliyyatları sahələrində 20 ildən artıq iş təcrübəsi var.
Pünhan Nərimanov "PAŞA Bank Gürcüstan"a qoşulanadək “PASHA Pay”də idarəedici direktor və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. O, daha əvvəl “MilliÖn” və “Kapital Bank”da müxtəlif yüksək rəhbər vəzifələr tutub. Karyerası ərzində maliyyə xidmətlərinin və rəqəmsal ödənişlərin inkişafı, eləcə də əməliyyat səmərəliliyinin artırılması istiqamətində fəaliyyət göstərib.
Pünhan Nərimanov İspaniyanın IE Business School ali məktəbində “Executive MBA” proqramı üzrə magistr, Moscow University Touro-da isə biznesin idarə edilməsi və menecment ixtisası üzrə bakalavr dərəcəsi alıb.
PAŞA Maliyyə Holdinqi təyinatla bağlı açıqlamasında "PAŞA Bank Gürcüstan"ın qrupun regional fəaliyyətində mühüm yer tutduğunu bildirib. Holdinq Pünhan Nərimanovun təcrübə və liderlik bacarıqlarının bankın davamlı inkişafına, həmçinin müştərilər və tərəfdaşlar üçün yaradılan dəyərin artırılmasına töhfə verəcəyini gözləyir.
Ramil İmamov PAŞA Maliyyə Holdinqində yeni vəzifəyə keçib
PAŞA Bank Gürcüstan son üç il ərzində bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Ramil İmamova fəaliyyətinə görə təşəkkür edib.
Ramil İmamov 2026-cı ilin avqustundan etibarən PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müşaviri vəzifəsində fəaliyyətini davam etdirir.
Bildirilib ki, bu dəyişiklik rəhbərlikdə varislik prosesinin və Ramil İmamovun qrup daxilində daha geniş karyera inkişafının əvvəlcədən planlaşdırılmış mərhələsidir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























