"Unibank"a yeni sədr təyin olundu
Valentin Morozov "Unibank Kommersiya Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin olunub.
Marja.az Banka istinadən xəbər verir ki, V.Morozov uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb. Bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, təhsilini New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrində alıb.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən təsdiqlənib.
Səhmdarların qərarı ilə David Qabelaşvili İdarə Heyətinin yeni üzvü kimi təsdiq edilib. O, İdarə Heyətinin üzvü olmaqla yanaşı, Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə qurumlarında iş təcrübəsi olan, D. Qabelaşvili TBC Uzbekistan-da maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət Universitetində və ProCredit Academy-də təhsil alıb.
Unibank İdarə Heyətinin digər üzvləri isə İdarə Heyəti sədrinin müavini Heybət Qədirov, Baş Risk və Komplayens İnzibatçısı Andrii Qrab, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin Quliyevdir.
Unibank KB səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. V. Urbanskiy bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir






















